Korotçenko: “Ermənistan sərhədin delimitasiyası və demarkasiyasını pozmağa çalışır” – FOTO
“Ermənistan Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyasını pozmağa çalışır”.
Bu açıqlama ilə rusiyalı hərbi ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko çıxış edib.
Ekspert vurğulayıb ki, Ermənistanın məqsədi prosesə beynəlxalq müşahidəçiləri cəlb etmək və mövcud status-kvonu saxlamaqdır:
“Bu gün sadəcə olaraq təmas xətti var və İrəvan “beynəlxalq müşahidəçilər”i cəlb etməklə mövcud status-kvonu saxlamaq niyyətindədir. Yəni, Azərbaycan ərazisinin bir sıra hissələrinin Ermənistan tərəfindən işğalını davam etdirmək məqsədi güdülür”, – deyə İqor Korotçenko fikrini tamamlayıb.