Deputat sahibkarlığın regionlarda inkişafının yeni qanunda əks olunmasını təklif edir

 

“Azərbaycanın regionlarında mikro və kiçik sahibkarlıqla bağlı heç bir fəaliyyət yoxdur”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Vahid Əhmədov deyib.

O bildirib ki, məsələn, şimal regionu meyvə-tərəvəz zonasıdır: “Amma orada emal müəssisələri yoxdur. Nəticədə insanlar məcbur qalıb məhsulunu çölə atır”.

Bununla bağlı millət vəkili təklif edib ki, “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” yeni qanun layihəsində regionlarla bağlı müddəlar əlavə olunsun.

Deputat Vüqar Bayramov isə bu qanunda bir dəfə də olsun “startap” sözünə rast gəlmədiyini bildirib.

Onun sözlərinə görə, hazırda startap dünya miqyasında 3 trilyon ABŞ dolları, G7 ölkələrində isə 600 milyard ABŞ dolları əlavə dəyər yaradır: “Bu səbəbdən startaplarla bağlı əlavə qanun layihəsinə ehtiyac var. Belə ki, startaplar KOB-ların fəaliyyətində mühüm rol oynayır.

Bundan başqa, qanun layihəsi innovativ olmalıdır və təkcə ənənəvi üsullarla hazırlanmamalıdır. Ancaq bu layihədə innovasiya ilə bağlı heç nə yoxdur”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password