SEPAH-a bağlı kanaldan Bakıya təhdid

 

SEPAH-a bağlı teleqram kanalı Azərbaycan prezidentinin fotosonu payşalaraq, “növbə ilə” qeydini yazıb və bununla açıq təhdid edib.

Bu sözləri politoloq Asif Nərimanlı qeyd edib.

O bildirib ki, bir neçə gün öncə SEPAH-ın etirazlarla bağlı hazırladığı hesabatda da Azərbaycan ittiham edilib:

“İddia edilib ki, etirazlar Azərbaycan, Türkiyə və İsrail üçbucağının planıdır, məqsəd SEPAH və ordunu daxili münaqişələrlə məşğul etmək və Zəngəzur planını həyata keçirməkdir.

İttihamların mollasayağı olduğu bəllidir. Hərçənd, Azərbaycana qarşı təhdid və iddiaların intensivləşməsinin İranın bölgədə planlaşdırdığı mümkün addımlara zəminin formalaşdırılmasına hesablandığı da aydın görünür”.

Qeyd edək ki, sentyabrın 16-da 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir neçə saatdan sonra xəstəxanada ölməsi İranda genişmiqyaslı etirazlara səbəb olub. Etirazçılara qarşı silahdan istifadə nəticəsində isə ölənlərin sayı 20-yə çatır. İranın əxlaq polisinin bir qadını öldürməsi və buna görə etirazların başlaması, etirazçılara qarşı şiddətdə başqa ölkəni suçlamaq yalnız İranın iddiası ola bilər./axar.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password