Azərbaycanda əməkhaqqlarındakı artımlardan asılı olmayaraq pensiyalar hər il artırılacaq

 

Azərbaycanda əməkhaqqlarındakı artımlardan asılı olmayaraq pensiyalar hər il artırılacaq.

Bu, sentyabrın 28-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında birinci oxunuşda müzakirəyə çıxarılmış “Əmək pensiyaları haqqında” qanunda mahiyyət və məzmun dəyişiklikləri ilə bağlı təkliflərin əsaslandırılmasında əksini tapıb.

Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin sosial islahatlar programi ahalinin bu sahədə müdafiəsinin gücləndirilməsi və onun rifahının yaxşılaşdırılması məqsədini uğurla reallaşdırır. Bu istiqamətdə “Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 29.12.2020-ci il tarixli 240-VIQD nömrəli Qanunu qəbul edilərək əmək pensiyalarının sığorta hissələrinə elavələr ləğv edilmiş, analoji kateqoriyadan olan təqaüdlərlə birləşdirilmiş, fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olan şəxslərə 25 il sığorta amnistiyasının müddəti 1 yanvar 2023-cü ilədək uzadılıb.

İslahatların davamı olaraq, ölkə başçısı tərəfindən aylıq vəzifə maaşlarının artırılması haqqında 23 dekabr 2021-ci il tarixli fərmanlara uyğun qaydada sosial sahədə pensiya təminatı sistemində sosial sığorta prinsipinin daha da möhkəmləndirilməsi, an asası isə “Əmək pensiyaları haqqında” qanunun 20-ci maddəsində nəzərdə tutulan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması məqsədilə bir sıra təkliflər hazırlanıb. Təkliflər bu Qanunun müvafiq müddəalarında mahiyyət və məzmun dəyişikliklərini nəzərdə tutur.

Mahiyyət və məzmun dəyişiklikləri ilə bağlı təkliflərin əsaslandırılması aşağıdakı kimidir:

Əmək haqları artırıldıqda, güzəştli şərtlərlə pensiyaların məbləğinin artırılması üçün təxminən 100 milyon manatdan çox əlavə vəsait tələb olunur. Bu da əməkhaqqıların artırılması islahatlarının aparılmasına mənfi təsir göstərir. Əməkhaqlarının artırılması, ölkə üzrə orta nominal əməkhaqqı göstəricisinin artmasına, dolayısı ilə pensiyaların daha yüksək rəqəmlərlə indeksasiyasına şərait yaradır.

Əməkhaqqı artımları zamanı güzəştli şərtlərlə pensiyalar üçün maliyyə yükünün azaldılması məqsədi ilə əmək haqlarına müxtəlif əlavələr tətbiq edilir ki, bu da əmək haqqı sistemlərini mürəkkəbləşdirir. Əmək haqlarına tətbiq edilən yeni əlavələr güzəştli şərtlərlə pensiyaların artmasına səbəb olmur və bu kateqoriyadan olan pensiyaçıların haqlı narazılıqlarına səbəb olur. Pensiya artımlarında vahid indeksasiya metoduna keçirilməsi dünyada qəbul edilmiş mexanizmdir və əməkhaqqlarındakı artımlardan asılı olmayaraq hər il pensiyaların artımına səbəb olacaq.

Qanuna dəyişiklik layihəsi Milli Məclisin payız sessiyasının sentyabrın 30-da keçiriləcək ilk plenar iclasında birinci oxunuşda müzakirəyə çıxarılacaq.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password