Zas planlaşdırılan vaxtdan bir neçə gün tez Ermənistanı tərk edib – Erməni nəşrindən şok iddia

“Paşinyanın Nyu-York görüşündən xəbər tutandan sonra KTMT baş katibi planlaşdırılan vaxtdan bir neçə gün tez Ermənistanı tərk edib”.

Bu barədə “Hraparak” qəzeti yazıb.

Nəşr Ermənistan baş nazirinin KTMT baş katibi Stanislav Zası narazı saldığını bildirib:

“Sentyabrın 20-də KTMT-nin baş katibi Stanislav Zasın rəhbərlik etdiyi nümayəndə heyəti İrəvana gəldi. Beş gün – sentyabrın 25-dək Ermənistanda qalmaları planlaşdırılırdı. Məqsəd Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti öyrənmək, mövcud gərginliyi azaltmaq üçün təkliflər vermək idi. Dövlət başçı Nikol Paşinyanın KTMT baş katibini qəbul edəcəyi güman edilirdi.

Sərhəddəki gərginliyin azaldılması bu gün prioritet məsələ olmalıdır, amma Paşinyan KTMT baş katibini qəbul etməyib. Zas İrəvana gəldikdən iki gün sonra Paşinyan Nyu-Yorka yollanıb. Orada BMT Baş Assambleyasının sessiyası çərçivəsində KTMT-nin və Rusiyanın bir nömrəli düşməni NATO-nun baş katibi Yens Stoltenberqlə görüşüb.

Bu arada, Zas Ermənistanda hökumətin ikinci dərəcəli rəsmiləri ilə görüşüb: xarici işlər nazirinin müavini, Nazirlər Kabinetinin katibi, baş qərargah rəisi. İndi isə məlum olur ki, Paşinyanın Nyu-York görüşündən xəbər tutandan sonra Zas planlaşdırılan vaxtdan bir neçə gün tez Ermənistanı tərk edib.

XİN onun hansı gün getdiyini bilmir. Fakt budur ki, sentyabrın 22-dən sonra Zas heç bir görüş və iclas keçirməyib. Eyni zamanda, onun iştirakı ilə hansısa tədbirlə bağlı məlumat verilməyib”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password