Daha 100-ə yaxın işçi gömrükdən uzaqlaşdırıldı – Yeni rəis “təmizləməni” davam etdirir

 

“Dövlət Gömrük Komitəsinin (DGK) “Azərterminalkompleks” İstehsalat Birliyinin (İB) yeni rəhbərliyi qurumun 100-ə yaxın əməkdaşını bir gündə işdən çıxarıb. Daha doğrusu, oktyabrın 1-dən onlarla bağlanmış müqaviləyə son veriləcəyi bildirilib.

Məlumata görə, müqaviləsinə son verilənlərin əksəriyyəti sıravi işlərdə (sürücü, fəhlə, bağban, texniki xidmətçi və s.) çalışanlardır. Belə ki, “Azərterminalkompleks” İB-yə ştat verilmədiyindən bu işçilər müqavilə əsasında fəaliyyət göstərib.

 

Xeyli sayda ailənin yeganə gəlir yerinin kəsilməsinə səbəb olan bu addım təbii ki, böyük narazılıq doğurub. Bir çox işçinin müqaviləsinin başa çatmasına xeyli vaxt qalsa da, nəzərə alınmayıb. Qərarın Gömrük Komitəsinin rəhbərliyinin tapşırığı olduğu bildirilərək, onların da müqaviləsinə son verilib.

Mənbə bildirib ki, “Azərterminalkompleks” İB-nin yeni rəhbəri Kənan Aşurlu DGK sədri vəzifəsini icra edən gömrük xidməti general-leytenantı Şahin Bağırova yaxın kadrıdır. O vəzifəyə təyin olunandan sonra qurumda geniş “təzmizləmə” əməliyyatına start verib. Keçmiş rəhbərliyin dövründə çalışnlar kütləvi şəkildə Gömrük Komitəsindən uzaqlaşdırılır.

Xatırladaq ki, Şahin Bağırovun əmri ilə daha əvvəl “Azərterminalkompleks” İstehsalat Birliyinin rəis müavini Zeynal Tarquluyev və Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük idarəsinin şöbə rəisi Rəfail Niftəliyev vəzifəsindən azad edilmişdilər. /azpolitika.info

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password