Tanınmış ictimai xadimlər şair Yafəs Türksəslə bağlı Prezidentə muraciət etdi – SİYAHI…

 

“AzerTaym.az” bildirir ki, bu barədə tənqidçi, ədəbiyyatşünas Əsəd Cahangir sosial şəbəkədə məlumat yayıb

Əziz dostlar! Xəstəliyi ilə bağlı Yafəs Türksəsin səsinə səs verək! Unutmayaq ki, heç kim heç nədən sığortalanmayıb! Ümid edirik ki, tanınmış şairin müalicəsinə dövlət yardımı üçün Prezidentə ünvanladığımız bu məktubla həmrəylik göstərəcək, qələm dostumuzun  həyatını xilas etmək aksiyasından kənarda qalmayacaqsınız. Adınızın məktuba imza edənlər siyahısına düşməsi üçün şərh bölümündə qeyd edə bilərsiniz.

Azərbaycan Respublikasının Prezidenti: Cənab İlham Əliyevə

Surəti Azərbaycan Respublikasınn Birinci vitse-preziden

Mehriban xanım Əliyevaya

Surəti Azərbaycan Respublikasının Səhiyyə naziri

Teymur Musayevə

Möhtərəm cənab Prezident!

Tanınmış şair, məcburi köçkün, Yeni Azərbaycan Partiyası və Azərbaycan Yazçılar Birliyinin üzvü Yafəs   Türksəs (Əliyev Yafiz Təhməz oğlu) 1954-cü ildə Cəbrayıl rayonunun Süleymanlı kəndində anadan olub. 1972-ci ildə Balyand kənd orta məktəbini bitirib. 1978-ci ildən hərbi xidmətini başa vuraraq, təsərrüfatın müxtəlif sahələrində çalışıb. 

Yafəs Türksəs bədii yaradıcılığa orta məktb illərində şeirlə başlayıb. Şeirləri 1985-ci ildən dövrü mətbuatda dərc olunur. İlk şeir kitabı Rəsul Rza Fondu tərəfindən çap olunub. Hazırda 6 şeir, 6 publisistik kitabın müəllifidir. Uzun illərdir ki, mərkəzi çoxtirajlı qəzetlərdə sosial-siyasi məsələlərə həsr olunmuş çoxsaylı yazılarla çıxış edir. “Yazar” ədəbi-bədii qəzeti və eyniadlı jurnalın təsisçisi və baş redakatoru olan Yafəs Türksəs hazırda Azərbaycan şeirinin tanınan imzalarıdnan biri sayılır. Təqaüdçüdür. Ailəlidir. Dörd övladı var.

Bakı Beynəlxlaq Tibb Mərkəzində (Bakı Medical Plaza) avqust ayının 18 və 23-də keçirilən müayinələr nəticəsində  Yafəs Türksəsin ağ çiyərində bədxassəli şiş aşkarlanıb. Getdikcə inkişaf edən xəstəliyin in müalicəsi üçün tələb olunan dərmanları almaq  bir şairin, məcburi köçkünün, təqaüdçünün maddi imkanları xaricindədir. 

Cənab Prezident!

Biz –  aşağıda imza edənlər bu məktubu yazarkən, Sizin “Mən hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm” sözlərinizə     güvənir, tanınmış şairin səhhətində yaranan problemin aradan qaldırılması üçün ona dövlət dəstəyi göstərilməsini xahiş edirik.  Ümid edirik ki,  Yafəs Türksəsin ədəbiyyatımız və millətimiz yolunda çoxillik, səmərəli fəaliyyəti və məcburi köçkün kimi maddi imkansızlığını nəzərə alıb, köməyinizi ondan əsirgəməyəcəksiniz. Göstərəcəyiniz diqqətə görə bizimlə həmrəy olan bütün ziyalılar adından Sizə ürəkdən gələn səmimi minnətdarlığımızı bildiririk! 

İmza edənlər:

Sabir Rüstəmxanlı – Xalq şairi, millət vəkili 

Nizami Cəfərov – akademik, Atatürk Mərkəzinin direktoru

Aqil Abbas – yazıçı, millət vəkili

Elçin İsgəndərzadə – Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutunun direktoru, texnika və filologiya elmləri doktoru,  Əməkdar Müəllim, şair-publisist

Yusif Nəğməkar – şair, AYB üzvü

Aynur Camalqızı – “Gündəlik Teleqraf” MMC-nin direktoru, jurnalist, sabiq millət vəkili

Yusif Nəğməkar – şair, AYB üzvü

Gülhüseyn Kazımov – AYB və AJB-nin üzvü, filologiya üzrə fəlsəfə doktoru

Səlim Babullaoğlu – Azərbaycan Yazıçılar Birliyinin katibi, şair-tərcüməçi

Xəyal Rza– Azərbaycan Yazıçılar Birliyinin Mətbuat katibi, şair

Murad Köhnəqala – şair-publisist, AYB üzvü

İlham Qəhrəman – şair, AYB üzvü

Arzu Əsəd – şair, AYB üzvü

Xeyrəddin Qoca – yazıçı-dramaturq, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, sabiq millət vəkili

Nazim Bəydəmirli – iqtisad elmləri doktoru, sabiq millət vəkili

Qulu Məhərrəmli – filologiya üzrə fəlsəfə doktoru, AMEA-nın Dilçilik İnstitutunun şöbə müdiri

Zemfira Məhərrəmli – pedaqogika üzrə fəlsəfə doktoru, yazıçı-publisit, əməkdar jurnalist

Paşa Qəlbinur – tibb elmləri doktoru, AYB üzvü, yazıçı

Əhməd Qəşəmoğlu – iqtisad eləmləri doktoru, şair-publisist, AYB üzvü

Rüstəm Kamal – filologiya üzrə fəlsəfə doktoru, professor

Varis Yolçiyev – Avrasiya Millətlər Assambleyası Ədəbiyyat Şurasının həmsədri, əməkdar jurnalist, yazıçı

İdris Abbasov – flogiya üzrə fəlsəfə doktoru, AMEA-nın Dilçilik institunun şöbə müdiri, professor

Rauf Arifoğlu – jurnalist, Yeni Müsavat Media qrupunun təsisçisi və rəhbəri

Əsəd Cahangir – AYB İdarə Heyətinin üzvü, ədəbi-tənqidçi

Səfər Alışarlı –yazıçı-publisist, tərcüməçi

Hüseyn Sözlü – şair, AYB üzvü

Etibar Muradxanlı – yazıçı, AYB üzvü

Nazilə Gültac – Türk Xalqları Könül Yolçuluğu Platformasının Azərbaycan rəhbəri, yazıçı, AYB üzvü

Elxan Zal Qaraxanlı – şair, AYB üzvü, “Ulu çinar” jurnalının baş redaktoru

Fəxri Uğurlu – yazıçı, AYB üzvü, “Multikulturalizm” jurnalının baş redaktoru

Qəşəm Nəcəfzadə – AYB İdarə Heyətinin üzvü, Əməkdar Mədəniyyət İşçisi, şair-publisist

Bəsti Əlibəyli – ədəbi-tənqidçi, AYB İdarə Heyətinin üzvü, “Qızıl kəlmə” mükafatçısı

Əlirza Xələfli – şair, AYB üzvü, “Kredo” qəzetinni baş redaktoru

Aləm Kəngərli – yazıçı, AYB üzvü

Faiq Balabəyli – şair, “Müstəqil.az” saytının baş redaktoru

İradə Aytel – şair-publisist, “Kultur.az” saytının baş redaktoru, AYB üzvü

Ulucay Akif – şair, “Kulis.az” saytının baş redaktoru, AYB üzvü

Xatirə Fərəcli – şair, AYB üzvü

Məqsəd Nur – yazıçı, AYB üzvü

Vəli Xramçaylı – şair, AYB üzvü

Ağacəfər Həsənli – şair, AYB üzvü

Dayandur Sevgin – şair, AYB üzvü

Aləmzər Sadiqqızı – yazıçı, AYB üzvü

Şəfəq Sahibli – yazıçı, AYB üzvü

Kənan Hacı – yazıçı-publisist, AYB üzvü

Narıngül Nadir – yazıçı, AYB üzvü

Cəlil Cavanşir – yazıçı

Aqşin Evren – şair

Ümid Nəccari – şair, AYB üzvü

Nihat Pir – yazar

Yusif Məhəmmədoğlu – yazar

Azər N. ABDUL -“AzerTaym.az” saytının rəhbəri

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password