Paşinyandan savaşa yol açacaq həmlə – “Yeni müharibə istəyir”

 

“Paşinyanın BMT Baş Assambleyasındakı çıxışı və Blinkenlə görüşü onu deməyə əsas verir ki, Ermənistan baş naziri yeni müharibənin başladılmasını və ardınca Rusiyanın ölkəsindən çıxarılmasını hədəfləyir”.

Bunu politoloq Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, Paşinyan çıxışını bütövlüklə Azərbaycanı dünya qarşısında “aqressor” kimi qələmə verməyə həsr edib:

“Paşinyan çıxışı zamanı Azərbaycanı Ermənistan ərazisini “işğal etməkdə” günahlandıraraq, Bakının sülh istəmədiyini deyib. O, ABŞ-da Qərbin xoşuna gəlmək üçün, Ermənistanın son təxribatlarını Azərbaycanın ölkəsindəki “demokratik suveren dövlət quruculuğunu boğmaq” kimi dəyərləndirib. Eyni zamanda, bu fonda Rusiyanı fəaliyyətsizlikdə ittiham edib. Bu azmış kimi, Nikol sərhəddə monitorinqin aparılması üçün beynəlxalq müşahidəçilərin cəlb edilməsinin vacibliyinə toxunub. Paşinyan üçtərəfli bəyanatda Zəngəzura məhz dəhliz statusunun verilməsi ilə bağlı ifadənin olmadığını da iddia edib.

Beləliklə, Nikol Paşinyanın Nyu-Yorkdakı çıxışı müharibə riskini artıran çıxış kimi yadda qaldı. Ermənistan demarkasiya və dəhliz məsələlərinin həllində konkret nəticələrə hesablanmış danışıqlara hazır olmadığını sübut etdi. Halbuki müxtəlif mənbələrin məlumatına görə, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatdan başqa, Paşinyanın Putinə verdiyi “kişi sözü” də var. Həmin şifahi razılaşmaya görə, cəmiyyətdə çaşqınlıq yaratmamaq üçün bəyanatda “maneəsiz” ifadəsi yer almışdı və anklav məsələsi ikinci versiyada sənəddən çıxarılmışdı. Paşinyan anklavlar da daxil olmaqla, tez bir zamanda demarkasiyaya gedəcəyini və dəhliz statusunda Zəngəzur xəttini açaçağına söz vermişdi.

Uzun sözün qısası, son iki ildə baş verənləri bir kənara qoyaq və hazırda Ermənistanın nə etmək istədiyi haqqında düşünək. Belə görünür ki, Ermənistan öz ərazisində Rusiya faktorunu minimallaşdırmaq və ABŞ-ın Qafqazdakı əsas dayaq nöqtəsi olmasını hədəfləyir. Paşinyan verdiyi vədlərə əməl edilməməsinin ona baha başa gələ biləcəyini də çox yaxşı bilir – həm Azərbaycan, həm də Rusiya tərəfindən. Paşinyan buna görə cəzalandırıla bilər”.

Zaur Məmmədov bildirib ki, sülh prosesini pozan və təxribatlarını davam etdirən Ermənistan Azərbaycanın növbəti hərbi əməliyyatlarına zəmin yaradır:

“Xatırladım ki, Ararat Respublikası 1920-ci ildə SSRİ-yə daxil olarkən Qərbi Zəngəzur və Göyçə bölgələri Azərbaycan ərazisi idi, yəni sərhəd xətti qərbdə idi.

Hər halda son hadisələr ABŞ, Avropa İttifaqı, İran, Türkiyə və Rusiya arasında Qafqaz uğrunda mübarizəni qızışdırır. Bu isə regionu qeyri-sabit nöqtəyə çevirə bilər. Paşinyanın yürütdüyü siyasət qan axıdılmasına yönəlib. O, bölgədə yeni cəbhə açaraq Ermənistanı birdəfəlik Qərbə yaxınlaşdırmaq niyyətindədir”./teleqraf.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password