Təbrizdə son durum: polis ofisi yandırıldı – Video

Güney Azərbaycanda gərgin vəziyyət davam edir.

Gunaz TV xəbər verir ki, Təbrizdə axşam saatlarında başlayan etiraz aksiyalarında etirazçılar hökumət əleyhinə şüarlarla yanaşı, türkcə milli şüarlar da səsləndiriblər.

“Biz ölməyə hazırıq, Babəkin sərbazıyıq”, “Nə şahçıyam, nə şeyxçi, millətçiyəm, millətçi” və başqa bu kimi şüarlar səsləndirən narazılar aksiyalara müdaxilə edən xüsusi təyinatlı qüvvələrin zirehli maşınlarını daşa basıblar.

Sosial media fəallarının verdiyi məlumata görə, Təbrizin bir neçə yerində, Qonqabaşı, Şahnaz və Bazarağzı bölgələrində polis qüvvələri ilə əhali arasında qarşıdurma daha şiddətli olub.

Yayılan görüntülərdə Təbrizin bir neçə yerində yanğın baş verdiyi görünür.

Şəhərin mərkəzində polis bölmələrindən birinə məxsus konteyner ofisin yandırıldığı bildirilib.

Bununla yanaşı, şəhərin mərkəzində yerləşən “Barnavak” adlanan məhəllədə yanğınsöndürən maşının hökumət qüvvələri tərəfindən yandırıldığı qeyd olunub.

Fəallar hökumət məmurlarının təxribat törədərək etirazçılara qarşı repressiyaları əsaslandırmağa çalışdıqlarını yazırlar./axar.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password