“Bakının Qarabağı tam təmizləməkdən, sonra sərhədi keçib İrəvanı almaqdan başqa yolu qalmayacaq”

 

Ermənistan-Azərbaycan sərhədində baş verən son gərginlikdən sonra müxalifət bunu tələb etsə də, Ermənistanda səfərbərlik elan edilmədi.

Bundan sonra ölkədəki revanşistlər guya Azərbaycanla müharibə üçün könüllü batalyonlar yaratmağa başladılar. Hazırda xaricdə yaşayan ermənilərə ölkəyə qayıtmalarına dair çağırışlar edilir. Müvafiq elanlardan birində deyilir ki, “artıq döyüş əməliyyatlarında iştirak təcrübəsi olanlara” üstünlük verilir. Əslində, söhbət xərclərini ödəyəcəklərini vəd etdikləri muzdlulardan gedir.

Ancaq müharibə etmək istəyənlərin məsələyə xüsusi bir maraq göstərməsi və uzun növbələr yaratması gözə dəymir.

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ), Beynəlxalq Araşdırmalar İnstitutunun Avro-Atlantika Təhlükəsizliyi Mərkəzinin elmi işçisi, bir neçə il əvvəl işğal olunmuş Azərbaycan ərazilərinə qanunsuz səfər etdiyinə görə “qara siyahı”ya salınan Sergey Markedonov Ermənistan cəmiyyətinin köhnə münaqişədən bezdiyini qeyd edir. Onun fikrincə, ermənilər Azərbaycana güzəştə getməkdən ehtiyat edir, lakin müharibənin Qarabağdan Ermənistanın öz daxilinə keçməsindən daha çox qorxurlar.

Bu gün rusiyalı hərbi ekspert Aleksey Xlopotov vəziyyəti şərh edib.

– Axı niyə Ermənistanda səfərbərlik elan olunmadı? Bəs erməni könüllü batalyonları Azərbaycanla müharibəyə getsələr, hansı statusa malik ola bilərlər?

– Ermənistanda klanlar, oliqarxlar hakimiyyət, pul, nüfuz uğrunda mübarizədə öndə gedir. Aydın məsələdir ki, Ermənistan tərəfindən hər hansı real hərbi əməliyyatların aparılması qərarından danışmağa ehtiyac yoxdur. Səfərbərliyə gəlincə, onun elanı avtomatik olaraq müharibə aktı kimi qiymətləndirilə bilər. Bunu dayandırmaq və geri çəkilmək çox çətindir. Bundan əlavə, səfərbərlik onların əsas dinc fəaliyyətdən qoparılan əhaliyə silahların paylanması deməkdir. Amma bu, kimə lazımdır? Ermənistanda insanlar həqiqətən də münaqişədən beziblər. Sadə ermənilərə müharibə lazım deyil.

O ki qaldı könüllü batalyonlara. Bəli, adı gözəldir, amma bunların arxasında kim dayanır? Belə bölmələrin formalaşması və mövcudluğu üçün heç bir hüquqi əsas yoxdur, onların statusu yoxdur. Və onları cinayətkar dəstə hesab etmək olar.

Söhbət müharibədən gedirsə, tamam başqa məsələdir. Ukraynaya baxın. Könüllülərdən ərazi müdafiə bölmələri yaradılır. Bu, zərurətdən irəli gəlir, hər şey qanun çərçivəsindədir, üstəlik, ölkədə səfərbərlik də aparılıb. Bəs Ermənistanda? Doğrudanmı döyüşəcəklər? Düşünürəm ki, istənilən general, zabit çox gözəl bilir ki, döyüşmək əbəsdir, birmənalı məğlubiyyət olacaq. Xüsusilə hazırda. Əgər ilyarım əvvəl Rusiyanın KTMT formatı çərçivəsində Ermənistana dəstək verəcəyini güman etmək olardısa, indi bu, baş verməyəcək. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı bacarıqsız bir strukturdur, formaldır. Ermənistan uğrunda döyüşə kim gedəcək? Belarus, yoxsa Qazaxıstan? Rusiya isə hazırda o vəziyyətdə deyil.

Ermənistan yeni müttəfiqlər axtarmağa çalışır. ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistana səfərini xatırlayaq. İrəvan müxtəlif məsləhətləşmələr aparır, vəziyyəti araşdırır, alternativlər axtarır və müasir reallıqda öz davranışını qurur.

– Amma Ermənistanda vəziyyətin çalxalanması gedir. Bəlkə hələ o qədər də böyük deyil, lakin etirazlar var…

– Əlbəttə. Bunu Nikol Paşinyan və indiki hakimiyyətə müxalif olanlar edir. Amma erməni xalqı hazırda hərəkətsizdir, onu indi ayağa qaldırmaq çətindir. Bundan əlavə, demək olar ki, bütün dünyaya təsir edən, iqtisadiyyata zərbə vuran, enerji qiymətlərinə təsir edən Avropadakı müharibə ilə bağlı reallıq var.

– Bu vəziyyətdə Ermənistan hələ də sülh sazişinə razı deyil. Bəli, sorğular göstərir ki, Nikol Paşinyanın reytinqi xeyli aşağı düşüb, amma yenə də hər hansı digər erməni siyasətçinin reytinqindən yüksəkdir. Üstəlik, Azərbaycanın – qalib tərəfin təklif etdiyi beş prinsip beynəlxalq hüquq normalarına tam uyğundur…

– Burada, mənim başa düşdüyüm kimi, Paşinyan cəmiyyətin reaksiyasından qorxur, Qarabağı əldən verməkdə ittiham olunacağından qorxur. Ona görə də Ermənistan rəhbərliyi özünə hansısa boşluq, gələcək manevrlər üçün yer qoymağa çalışır. Amma ümumilikdə ermənilərin bu illər ərzindəki hərəkətlərində sadəcə məntiq görmürəm. Onların etdikləri məntiqsizdir, Ermənistanı məhvə aparırlar.

Müxalifət, “şahinlər” – müharibənin davam etdirilməsinin, revanşizmin tərəfdarıdır. Sadə güc balansını başa düşmürlərmi?! Əhali, iqtisadiyyat, büdcə, ordu – bütün bu göstəricilərə görə Ermənistan Azərbaycandan çox uzaqdadır. Ermənilər revanşist şüarlarla çıxış etməyə davam etsələr, sadəcə olaraq hər şeyi itirəcəklər. Azərbaycanın Qarabağı tamamilə təmizləməkdən, sonra sərhədi keçib İrəvanı almaqdan başqa yolu qalmayacaq. Və bundan sonra, öz şərtlərini güc mövqeyindən diktə edəcək. Axı Azərbaycan deyə bilər ki, tarixən burada Ermənistan olmayıb, bu, yeni bir qurumdur. Vəssəlam. Bununla revanşizm dalğası qaldıran ermənilərə, həmin millətçilərə daha yaxşı olacaqmı? Mən sadəcə başa düşə bilmirəm ki, bu insanların beynində nələr baş verir?!/oxu/az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password