ABŞ Xankəndinə girməyi planlaşdırır: Bakının əl-qolunu bağlamaq istəyirlər

 

“ABŞ-ın Cənubi Qafqazda fəallaşmasına Rusiyanın Xarkov ətrafındakı hərbi uğursuzluğu təkan verir”.

Bunu açıqlamasında Rusiya Xalqlar Dostluğu Universitetinin dosenti, siyasi jurnalist Anar Həsənov deyib.

O bildirib ki, ABŞ-ın Qafqaz strategiyasında Ermənistan vasitədir:

“Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi güclənib, Azərbaycanda Rusiyaya qarşı cəmiyyətin mənfi münasibəti ənənəvi olub ki, ABŞ bundan istifadə edir. Amma Vaşinqtondan Azərbaycana münasibətdə ədalət gözləməyə dəyməz.

Bakıda bir dənə də olsun ABŞ ın qeyri-hökümət təşkilatı, partiyası, mediaresursu yoxdur. Əvvəl var idi, amma hökümət ABŞ-ın Bakıdakı şəbəkəsini ifşa edib, bağladı. Amma Ermənistanda ABŞ-ın maliyyəsi ilə təsis edilən partiya, qeyri-hökümət təşkilatı, media-resursları fəaliyyət göstərir, hökümət amerikayönümlü məmurlarla doludur. Azərbaycanlılardan fərqli olaraq ABŞ erməniləri siyasi qüvvədir, elektoratdır.

Deməli, ABŞ-ın Qafqaz strategiyasında Ermənistan isə vasitə olmaqla bərabər ideoloji müttəfiqdir. Vaşinqtonun məqsədi Qarabağ ermənilərinin subyektliyini təmin etmək və Azərbaycanda xaos yaratmaqdır. İstər “Demokratlar” olsun, istərsə də “Respublikaçılar”, onların məqsədi demokratik saymadığı siyasi rejimləri devirməkdir.

Nensi Pelosinin Ermənistanda söylədiyi nitqdə də ABŞ-ın ənənəvi və ictimai diplomatiyasının məqsədi bir daha təkrarlandı. ABŞ üçün Ermənistan-Azərbaycan münaqişəsinin ən ideal həlli qondarma “Artsax”a beynəlmiləl qüvvələri yeritmək və bununla da Azərbaycanın əli-qolunu bağlamaqdır”./milli.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password