“O, Baydendir, mən Ərdoğan”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ lideri Co Baydenin qəbulunda olacaq.
Ərdoğan Baydenlə Nyu-Yorkda ikitərəfli görüş baş tutmasa, təəssüflənməyəcəyini bildirib.
“Niyə təəssüflənirəm? O, Baydendir, mən Ərdoğan”, – Türkiyə lideri vurğulayıb.
Xatırladaq ki, Türkiyə Prezidenti Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirak edir. Bundan əvvəl Ərdoğanın Baydenlə görüşmək və onunla bir sıra məsələləri müzakirə etmək niyyətində olduğu bildirilir./qafqazinfo.az