Asiyalıların həmişə arıq olmasının – 10 səbəbi

 

Statistikaya görə, asiyalılar yer üzündəki ən arıq insanlardır. Bunun genetik olduğunu düşünənlər böyük əksəriyyət təşkil edir. Əslində isə bu qismən doğrudur.

Asiya insanlarının hansı özəllikləri bu qədər arıq və formada qalmaqlarına təsir edir?

1. Qidaya münasibət

Yeməyin keyfiyyəti və miqdarı ilə yanaşı, onlarla davranışımız da orqanizmə önəmli təsir göstərir. Müasir dövrdə yemək təbii ehtiyacdan daha artıqdır. Demək olar ki, yemək fiziki əyləncənin bir hissəsi hesab olunur. Gəzinti, təbiət qoynunda istirahət zamanı belə “atışdırmaqlıq” və ya “çörəkarası” qidalar, fast food əlimizin altında olmalıdır. Asiyalılarda isə belə deyil. Onlar yeməyi yalnız həyati ehtiyac vasitəsi olaraq görürlər və bunu fiziki əyləncəyə çevirmirlər.

2. Porsiya

Asiyalılar bir qayda olaraq, az miqdarda yeməyə üstünlük verirlər. Onlar bir çox təamların hər birindən bir miqdar eyni anda yeməyi xoşlayırlar. Tədqiqatlar da sübut edir ki, metobolizmanın sürətlənməsi üçün şirin, duzlu, acı təamları günlük norma daxilində eyni qaydada qəbul etmək lazımdır. Həmçinin, porsiyanın azaldılması arıqlamağa təsir edən ən effektiv üsuldur.

3. Bişirmə üsulları

Asiyalılar yeməklərini qızartmaq yerinə buxarda bişirmək və qaynatmağa üstünlük verirlər.

4. Konservləşdirilmiş qidalar

Miso şorbası, kimchi, natto, soya… Yalnız bir neçə özlərinə xas olanlardan başqa heç bir konservləşdirilmiş qidalardan istifadə etmirlər. Bu lakto-konserv edilmiş qidalar həm də təbii probiyotiklər hesab olunur. Onların qəbulu özəlliklə qarın nayihəsindəki yağları əritməyə kömək edir.

5. Dəniz məhsulları

Asiya mətbəxini dəniz məhsulları olmadan təsəvvür edə bilmərik. İmmun, ürək-damar sisteminin gücləndirilməsi ilə yanaşı, dəniz məhsullarının Omeqa 3 ilə zəngin olması metobolizmanın sürətli çalışmağına kömək edir.

6. Göyərti

Asiyalıların ikinci əvəzolunmazı tərəvəzlər, xüsusən də yaşıl tərəvəzlər və göyərti məhsullarıdır.

7. Soyuq su əvəzinə çay

Asiyalılar yeməklərini avropalılar və amerikalılar kimi soyuq su və ya qazlı içkilərlə deyil, yaşıl çayla qəbul edirlər. Soyuq su həzm prosesini zəiflətməklə bərabər, xüsusən də yağlı qidalarla birlikdə qəbul edildiyi zaman çəki artımına səbəb olur.

8. Desert və qəlyanaltılar

Asiyada un, yağdan hazırlanmış peçenye və keks əvəzinə düyü, dəniz yosunu, qırmızı lobya, həmçinin fıstıq və meyvəli qəlyanaltılardan daha çox istifadə edirlər.

9. Gəzmək

Doğrudur nə qədər qəribə olsa da, bu vərdiş onlarda birbaşa əhalinin sıxlığı ilə əlaqəlidir. Böyük şəhərlərdə yaşayan asiyalılar avtomobil əvəzinə ictimai nəqliyyatdan istifadəyə və piyada gəzməyə daha çox üstünlük verirlər.

10. İdman və meditasiya

Müasir tibbdə genetik faktorlardan çox xəstələrin hazırkı vəziyyəti üzərində işləyirlər. Ənənəvi Asiya təbabətində isə xəstəliklərin qarşısının alınması ilə yanaşı, genetik xəstəliklərin səbəblərinin aradan qaldırılmasına daha çox önəm verilir. Buna görə də meditasiya, yoga, Tai Chi kimi bir sıra təlimlər müəyyən xəstəliklərin, o cümlədən piylənmənin qarşısını almaq üçün istifadə olunur.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password