ABŞ-dan Ukraynaya pis xəbər – “Ancaq iki-üç ildən sonra…”

 

Ukraynaya F-16 qırıcı-bombardmançı təyyarələrinin tədarükü ilə bağlı siyasi qərar qəbul olunarsa, bu, iki-üç ildən sonra baş tutacaq.

Bunu ABŞ Hərbi Hava Qüvvələrinin Avropa-Afrika qüvvələrinin komandanı general Ceyms Hekker deyib.

Onun sözlərinə görə, Qərb Ukraynaya gələcək hərbi yardım planlarını daha çox uzunmüddətli perspektivdə düşünür. General iddia edib ki, Ukraynada döyüşlər aylarla deyil, illərlə davam edəcək.

Hekker deyib ki, F-16-lar pilot hazırlığı və logistika məsələlərinə görə bunları Kiyevə göndərmək üçün hər hansı siyasi qərar qəbul edildikdən sonra iki-üç il ərzində baş tutacaq.

Amerikalı general vurğulayıb ki, Qərb baş verənlərin Üçüncü Dünya Müharibəsinə çevrilməsinə imkan vermədən Ukraynaya silah-sursat tədarükünü davam etdirir.

Hekekr etiraf edib ki, Vaşinqton Kiyevə operativ kəşfiyyat məlumatları, xüsusən də Ukraynadakı Rusiya qüvvələrinin anbarları barədə məlumat ötürür. Eyni zamanda o söyləyib ki, ABŞ belə hədəflərin seçimi ilə məşğul deyil.

“Biz bu cür obyektlərin harada yerləşdiyi barədə məlumatı veririk. Bundan sonra həmin obyektlərə zərbə vurub-vurmamaq onlardan asılıdır”, – general vurğulayıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password