Tacikistan-Qırğızıstan qarşıdurması böyüyür – Türkiyədən reaksiya
Türkiyə Xarici İşlər Nazirliyi Qırğızıstan-Tacikistan sərhədindəki son gəlişmələrlə bağlı açıqlama verib.
Açıqlamada hadisələrin narahatlıq doğurduğu və problemlərin dialoq yolu ilə həll olunacağına ümid edildiyi bildirilib.
“Qırğızıstan-Tacikistan sərhədində baş verən son hadisələrdən narahatıq. Ümid edirik ki, iki dost və qardaş ölkə arasındakı bu gərginlik genişlənmədən tez bir zamanda sona çatacaq və problemlər dialoq və sülh yolu ilə həll olunacaq”, – XİN qeyd edib.
Qırğızıstan-Tacikistan sərhədində iki ölkənin sərhəd qüvvələri arasında silahlı qarşıdurmanın yenidən başladığı və Qırğızıstan tərəfdən 100-dən çox insanın yaralandığı bildirilib.
Bundan əvvəl iki ölkənin sərhəd qoşunlarının komandanları arasında atəşkəslə bağlı anlaşma əldə edilsə də heç bir nəticə verməyib. Tacikistan Prezidenti Sadır Japarov Özbəkistanda tacik həmkarı Emomali Rəhmonla görüşdükdən sonra ölkəsinə qayıdaraq, Təhlükəsizlik Şurasının təcili iclasını toplayıb.
Hazırda sərhəddə vəziyyətin gərgin olduğu bildirilir.