İki azərbaycanlı oliqarx oğlunun rumın gözəllə sevgi münasibəti – Rumıniya KİV-dən qalmaqallı iddia

 

Rumıniya mediasında iki azərbaycanlı gəncin yerli “sosialite”lərdən biri ilə sevgi münasibətləri barədə material dərc olunub.

Yerli Cancan.ro saytının yazdığına görə, Rumıniyanın paytaxtı Buxarestdə optik mağazalar şəbəkəsinin sahibi, vaxtaşırı bahalı restoranlarda görünən, “mini eynək şahzadəsi” kimi tanınan Monika Kritesku “çox ciddi azərbaycanlı investorlardan birinin məşuqəsi olub”.

İddia olunur ki, həmin azərbaycanlı Bakıda kifayət qədər nüfuzlu bir ailə ilə biznes əlaqələrinə malikdir və Buxarestdə çox məşhur apteklər şəbəkəsinin sahibidir.

Bu yayın sonuna qədər Monika və həmin azərbaycanlı arasında ehtiraslı sevgi münasibətləri olub. Cütlük bir müddət Kristeskunun Buxarestdəki iqamətgahında yaşayıb. Lakin iki həftə əvvəl azərbaycanlı iş adamı qəfildən yoxa çıxıb.

Sayt yazır ki, bu iki həftə ərzində Monika başqa bir azərbaycanlı iş adamı ilə tanış olub. Lakin onların münasibəti uzun sürməyib. Çünki Kristeskunun əvvəlki sevgilisi üzə çıxıb. O, Monikanın yeni sevgi münasibətindən xəbər tutub və bu barədə “mini eynək şahzadəsi”ndən izahat tələb edib.

Sayt yazır ki, onlar arasında sərt telefon danışığı olub. Bundan sonra keçmiş sevgililər Monikanın iqamətgahında görüşüblər. Beləliklə, iki həftəlik fasilədən sonra Krisetsku keçmiş sevgilisini geri qaytarıb.

Bildirilir ki, Monika Ruminiyada apteklər şəbəkəsinin sahibi olan azərbaycanlı iş adamı ilə sevgili olmazdan əvvəl tanınmış rumın siyasətçilərindən birinin məşuqəsi olub. Onun bacısı İrina isə meksikalı milyarder Karlos Slimin qohumu Hektor Bitarın həyat yoldaşı olub./qaynarinfo.az

 

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password