Ermənistanın sərhəddəki təxribat zamanı verdiyi hərbi itkilər – Açıqlandı

 

Media Təhlil Mərkəzi sentyabrın 12-14-də Azərbaycan-Ermənistan sərhədində baş verən toqquşma zamanı Ermənistan tərəfinin məhv edilən hərbi texnikasının və canlı qüvvəsinin sayını açıqlayıb.

Mərkəzdən mətbuata verilən məlumata görə, Ermənistan tərəfinin 4 radarı, 2 ədəd S-300 5N63 IYR radarı, 3 ədəd S-300 5P85 BQ buraxıcı qurğusu, 2 ədəd S 125 RTS-125 radarı, 1 radioelektron mübarizə vasitəsi jitel, 14 top və haubitsası, 9 minaatan, 32 avtomobil texnikası, 3 KAMAZ, 1 URAL, 1 UAZ, 3 mühəndis texnikası, 1 zenit raket kompleksi, 35 müxtəlif çaplı atıcı silah, 20 əl qumbarası, 2 optik cihaz, 2 rabitə vasitəsi, 14500 ədəd döyüş sursatı və həmçinin müyyən istiqamətlərdə hava hücumundan müdafiə sistemi (HHM) məhv edilib.

Məlumatda qeyd olunub ki, qarşı tərəfin 1 briqadasının disloksiya məntəqəsi, 2 ədəd S-300 və 2 ədəd S-125 divizionlarının atəş mövqeləri dağıdılıb.

Bildirilib ki, toqquşmalar zamanı 74 döyüş mövqeyi, 2 minaatan atəş mövqeyi, 11 strateji yüksəklik nəzarətə götürülüb.

Qeyd olunub ki, Ermənistan tərəfi 450 nəfərədək canlı qüvvə itirib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password