UEFA Çempionlar Liqası – “Mançester Siti”, “Real Madrid” və PSJ-dən qələbə, “Yuventus” evdə uduzub

 

UEFA Çempionlar Liqasının qrup mərhələsində II tura yekun vurulub.

A qrupunda İtaliya “Napoli”si Şotlandiyada “Reyncers”i darmadağın edib.

E qrupunda “Çelsi” İngiltərə Avstriya “Zaltsburq”u ilə bacarmayıb.

F qrupunda turnirin son qalibi olan İspaniya “Real Madrid”i evdə Almaniya “Leyptsiq”inə 2 cavabsız qolla qalib gəlib.

G qrupunda İngiltərənin “Mançester Siti” klubu doğma meydanda Almaniyanın “Borussiya” (Dortmund) komandası üzərində əzmkar qələbə qazanıb. Danimarkada “Kopenhagen” və İspaniya “Sevilya”sı arasında oynanaılan matçda isə hesab açılmayıb.

H qrupunda “Yuventus” İtaliyada Portuqaliya “Benfika”sına uduzub. Fransa PSJ-si isə İsraildə Hayfa “Makkabi”sindən üstün olub.

Çempionarl Liqası

Qrup mərhələsi, II tur

14 sentyabr

A qrupu

23:00. “Reyncers” (Şotlandiya) – “Napoli” (İtaliya) – 0:3

Qollar: Matteo Politano, 68 (penalti).Cakomo Raspadori, 85. Tanqi Ndombele, 90+1

Qırmızı vərəqə: Ceyms Sends, 55 (“Reyncers”)

Xal durumu: “Napoli” – 6. “Liverpul” – 3. “Ayaks” – 3. “Reyncers” – 0

E qrupu

23:00. “Çelsi” (İngiltərə) – “Zaltsburq” (Avstriya) – 1:1

Qollar: Rahim Sterlinq, 48 – Noa Okafor, 75

20:45. “Milan” (İtaliya) – “Dinamo” (Zaqreb, Xorvatiya) – 3:1

Qollar: Olivye Jiru, 45 (penalti). Aleksis Salemakers, 47. Tommaso Pobeqa, 77 – Mislav Orşiç, 56

Xal durumu: “Milan” – 4, “Dinamo” – 3, “Zaltsburq” – 2, “Çelsi” – 1

F qrupu

20:45. “Şaxtyor” (Donetsk, Ukrayna) – “Seltik” (Şotlandiya) – 1:1

Qollar: Mixail Mudrik, 29 – Reo Hatate, 10

23:00. “Real Madrid” (İspaniya) – “Leyptsiq” (Almaniya) – 2:0

Qollar: Federiko Valverde, 80. Marko Asensio, 90+1

Xal durumu: “Real Madrid” – 6, “Şaxtyor” – 4, “Seltik” – 1, “Leyptsiq” – 0

G qrupu

23:00. “Kopenhagen” (Danimarka) – “Sevilya” (İspaniya) – 0:0

23:00. “Mançester Siti” (İngiltərə) – “Borussiya” (Dortmund, Almaniya) – 2:1

Qollar: Con Stounz, 80. Erlinq Holann, 84 – Cud Bellingem, 56

Xal durumu: “Mançester Siti” – 6, “Borussiya” – 3, “Kopenhagen” – 1, “Sevilya” – 1

H qrupu

23:00. “Yuventus” (İtaliya) – “Benfika” (Portuqaliya) – 1:2

Qollar: Arkadiuş Milik, 4 – Joau Mariu, 43 (penalti), David Neres, 55

23:00. “Makkabi” (Hayfa, İsrail) – PSJ (Fransa) – 1:3

Qollar: Tyaronn Şeri, 24 – Lionel Messi, 37. Kilian Mbappe, 69. Neymar,

Xal durumu: PSJ – 6, “Benfika” – 6, “Yuventus” – 0, “Makkabi” – 0.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password