KTMT missiyası İrəvana gəldi, Papikyanla görüşdü
KTMT Kollektiv Təhlükəsizlik Şurasının qərarına əsasən, sentyabrın 15-də təşkilatın əməliyyat qrupu monitorinq missiyası məqsədilə Ermənistana gəlib.
Erməni mediasının yaydığı xəbərə görə, missiyaya KTMT-nin birləşmiş qərargahının rəisi, general-polkovnik Anatoli Sidorov rəhbərlik edir.
Nümayəndə heyəti Ermənistan müdafiə naziri Suren Papikyanla görüşüb.
Erməni nazir Azərbaycan-Ermənistan sərhədindəki gərginliklə bağlı missiya üzvləri ilə müzakirə aparıb.
Bildirilib ki, qrup yaxın günlərdə Ermənistan Baş Qərargahında və hərbi əməliyyatların aparıldığı ərazilərdə olacaq.