KTMT missiyası İrəvana gəldi, Papikyanla görüşdü

 

KTMT Kollektiv Təhlükəsizlik Şurasının qərarına əsasən, sentyabrın 15-də təşkilatın əməliyyat qrupu monitorinq missiyası məqsədilə Ermənistana gəlib.

Erməni mediasının yaydığı xəbərə görə,  missiyaya KTMT-nin birləşmiş qərargahının rəisi, general-polkovnik Anatoli Sidorov rəhbərlik edir.

Nümayəndə heyəti Ermənistan müdafiə naziri Suren Papikyanla görüşüb.

Erməni nazir Azərbaycan-Ermənistan sərhədindəki gərginliklə bağlı missiya üzvləri ilə müzakirə aparıb.

Bildirilib ki, qrup yaxın günlərdə Ermənistan Baş Qərargahında və hərbi əməliyyatların aparıldığı ərazilərdə olacaq.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password