Putin ümumi səfərbərliyə niyə getmir? – “Onları nə ilə silahlandıracağıq?”

 

Ukraynalı hərbi ekspert Oleq Jdanov Prezident Vladimir Putinin istefasının tələb olunduğu petisiya barədə danışıb. Petisiyanın müəllifləri rusiyalı bələdiyyə deputatlarıdır. 

«Bəyanatda deyilir ki, Putinin fəaliyyəti Rusiyanın və onun vətəndaşlarının gələcəyinə ziyan vurur… Ukrayna ilə qarşıdurmada məğlubiyyətə gətirib» – Jdanov qeyd edib.

Bununla bərabər, ekspert xəbərdarlıq edib ki, bu petisiyada rusiyalı deputatlar tələb edirlər ki, necə deyərlər, «xüsusi hərbi əməliyyat» müharibə adlandırılsın ki, RF-da ümumi səfərbərlik elan oluna bilsin.

Jdanovun fikrincə, hazırda Rusiyada bu petisiyanı sanksiyalar səbəbilə, «hərbi relslərə keçirmək» alınmayacaq: «Rusiyada istehsalın aşağı düşməsi 2030-cu ilə qədər müşahidə olunacaq… İlin sonuna qədər heç bir tədarük yoxdur, ehtiyatlar tükənəcək, istehsal dayanacaq. Biz, hansı relslərdən danışırıq?… Səfərbərlik barədə hətta demək olar ki, gəlin səfərbərlik elan edin, biz də baxaq görək, rusiyalı sosium ümumi səfərbərliyə necə reaksiya verir… İqtisadiyyat hər hansı sayda insanın səfərbər edilməsi yükünü çəkə biləcəkmi? Biz, onları nə ilə silahlandıracağıq?»

Ona görə də Jdanov hesab edir ki, petisiya çox gecikib: «Onun birinci bəndini mən, ikiəlli dəstəkləyirəm – Putinin hakmiyyətdən kənarlaşdırılmasını, məsuliyyətə cəlb edilməsini. Yaxşı, hətta hələlik daxildə… RF-ı faktiki yoxsulluq və dağıntılara çatdırmaq. Üstəgəl, dəmir qəfəs arxasında oturmuş və öz mühitindən qovulmuş ölkə arealı yaratmaq».

Xatırladırıq ki, Ukrayna silahlı qüvvələrinin sürətli uğurları Rusiyanın planlarını pozmaqda davam edir. /azpolitika/

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password