Paşinyan Şanxay Əməkdaşlıq Təşkilatının sammitindən imtina etdi

 

Yaradılan vəziyyətə görə baş nazir Nikol Paşinyan Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak etməyəcək.

Bu barədə “News.am”a Ermənistan hökumətindən məlumat verilib.

Xatırladaq ki, ŞƏT sammiti sentyabrın 15-16-da Səmərqənddə keçiriləcək. Özbəkistan prezidentinin mətbuat katibi Şerzod Əsədov daha əvvəl öz Facebook səhifəsində Ermənistanın baş naziri Nikol Paşinyan, Türkiyə prezidenti Rəcəb Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyevin ŞƏT sammitində qonaq qismində iştirak edəcəyini yazıb. Sammitdə Belarus prezidenti Aleksandr Lukaşenko, İran prezidenti İbrahim Rəisi, Monqolustan prezidenti Uxnaaqin Xurelsux da ŞƏT-in müşahidəçi ölkələrinin liderləri kimi iştirak edəcəklər./teleqraf.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password