Ermənistan Rusiyanın Cənubi Qafqaz maraqlarını icra edir – Münaqişə varsa, RUSİYA DA VAR…

 

“Ermənistan bu təxribatla münaqişənin bitmədiyini sübut etmək istədi. Layiqli cavabını da aldı. Ermənistan kasıb ermənilərin xeyrinə olsa da Qərbin Rusiya və İranla münasibətlərinin düşmənçilik səviyyəsində olduğunu bildiyindən xəstə Böyük Ermənistan ideyalarına Qərbin dəstəyini almaq üçün Zəngəzur dəhlizinin açılmasını da istəmir”.

Bu sözləri millət vəkili Qüdrət Həsənquliyev Ermənistanın sərhəddə törətdiyi təxribatlara münasibət bildirərəkən söyləyib. Millət vəkili həmçinin bölgədə yaranmış son hərbi-siyasi durumla bağlı fikirlərini paylaşıb:

“İlk öncə Şəhidlərimizə Allahdan rəhmət diləyir,onların ailə üzvülərinə, xalqımıza dərin hüznlə başsağlığı verirəm. Ondan başlayım ki, mənfur qonşularımız nə sülh, nə də Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmir. Paşinyan dünən Ermənistan parlamentində gileylənirdi ki, Ermənistanın pulu var,amma onlara silah satmaq istəyən yoxdur. Soruşmaq lazımdır ki,onda niyə deyirsən ki, Zəngəzurda dəmir yolunu çəkməyə pul yoxdur. Deməli, siz öhdəliklərinizi yerinə yetirməyə pul tapmırsınız,amma silaha pul tapırsınız. Nəyinizə lazımdır silahlanma? Bir dəfə söyləmişdim ki, Ermənistan təxribatlara son qoymalı, Qərblə Rusiya arasında lambada oynamağı dayandırmalı, Azərbaycanla sülh sazişi imzalamalıdır. Avqustun 24-də ABŞ Azərbaycanın münaqişənin bitməsinə dair rəsmi mövqeyini nəzərə almadan artıq mövcud olmayan Minsk qrupuna Filip Rikeri həmsədr təyin etdi. Hər vəchlə Minsk qrupunu canlandırmaq istəyən Ermənistan bu təxribatla münaqişənin bitmədiyini sübut etmək istədi. Layiqli cavabını da aldı. Ermənistan kasıb ermənilərin xeyrinə olsa da Qərbin Rusiya və İranla münasibətlərinin düşmənçilik səviyyəsində olduğunu bildiyindən xəstə Böyük Ermənistan ideyalarına Qərbin dəstəyini almaq üçün Zəngəzur dəhlizinin açılmasını da istəmir. Bunu Rusiya qarşısında kompensasiya etmək üçün münaqişəni uzatmaqla Rusiya sülhməramlılarının Qarabağda uzunmüddətli qalışını təmin edəcəklərinin mesajını veririr, eyni zamanda Rusiyanın Ukraynada məğlubiyyətini gözləyir.

Amma Rusiya Paşinyanın kimin havasına oynadığını bilir və görür . Rusiyaya bu gün Qarabağda əsgər saxlamaqdan daha çox Şimal-Cənub dəmir yolunun işləməsi, türk dövlətləri ilə dost olması lazımdır. Paşinyanın KTMT-yə müraciət etməklə Rusiyanı və bunun ardınca Türkiyəni münaqişəyə cəlb etməklə ikinci cəbhə açmaq istəməsini də Rusiya gözəl başa düşür. Paşinyan fikirləşir ki, 2020-ci ildə Ermənistan ağır məğlubiyyətə düçar olduğundan onun təxribatlara başlamasına heç kim inanmayacaq. Ermənistanın Minsk qrupundakı həmsədr müttəfiqləri də dərhal hərəkətə keçdi. Ermənistanın Azərbaycanın 20 % torpaqlarını işğal etdiyini görməyən ABŞ əminliklə Azərbaycan tərəfdən Ermənistana güllə atıldığını bildiyini bəyan edir, Fransa xəcalət hissi keçirmədən BMT TŞ-nın təcili iclasını çağırır və s. Bu ölkələr Ermənistandan tələb etmir ki, Azərbaycanla sülh sazişi imzalamalısan, növbəti 30 il münaqişəni və buna paralel olaraq rus əsgərlərini Qarabağda saxlaya bilməzsən. Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidr və Azərbaycan öz ərazisində suveren hüquqlarını bərpa etməlidir. Bunu deməmək və Şuşaya səfərdən imtina hər iki ölkənin Azərbaycana münasibətdə nə qədər riyakar siyasət yürütdüyünü göstərir. Azərbaycan Prezidenti münaqişənin gələcək nəsillərə saxlanmasına imkan verməyəcək və biz qardaş Türkiyənin dəstəyi ilə Qarabağ üzərində suveren hüquqlarımızı bərpa edəcəyik”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password