7 saatlıq əməliyyat: Ordumuz bu əraziləri nəzarətə götürdü
Yeddi saatlıq əməliyyatın nəticələrini hərbi və siyasi olaraq qiymətləndirə bilərik.
Hərbi nəticələr:
Birincisi, Ermənistanın sərhəd boyunca təhdid yarada biləcək hərbi infastrukturu sıradan çıxdı – hərbi hissələr və hava hücumundan müdafiə sistemləri;
İkincisi, erməni ordusuna ağır zərbə vuruldu: rəsmi məlumatda 49 itki deyilsə də, erməni mənbələrin məlumatı, eləcə də endirilən zərbələrin görüntüləri bunun qat-qat çox olduğunu deməyə əsas verir; bəzi erməni Teleqram kanalları 400-ə yaxın canlı qüvvə itkisi olduğunu yazır, postlar darmadağın edilib, dəyəri yüzmilyonlarla olan iki ədəd S-300 raketi və artilleriya qurğuları məhv edilib;
Üçüncüsü, strateji yüksəkliklər nəzarətə götürülüb: rəsmi açıqlamada Ermənistanın nəqliyyat-kommunikasiya sisteminə nəzarət imkanı əldə etdiyimiz qeyd olunur. Qeyri-rəsmi məlumatlara görə:
– 100 kvadratkilometr ərazi ordumuzun nəzarətinə keçib;
– İrəvan-Gorus yolu ordumuzun bir atış məsafəsi qədər nəzarətindədir;
Strateji yüksəkliklərə nəzarət Ermənistanın sərhəddə Azərbaycana qarşı təhdid potensialını da sıradan çıxarır.
Siyasi nəticələr:
Birincisi, hərbi gedişlə masadakı gündəliyi dəyişməyə çalışan Ermənistan istəyinə nail ola bilmədi və bu, İrəvanın tələblərlə razılaşmaqdan başqa yolunun olmadığını yenidən gündəmə gətirir;
İkincisi, Bakı həm Moskva, həm Brüssel masasındakı razılaşmların icrası tələbini sərtləşdirəcək: son əməliyyatın nəticələri Bakının diplomatiyada da əlini gücləndirə bilər;
Allah şəhidlərimizə rəhmət eləsin!/axar.az