Rusiya ordusu niyə sürətlə geri çəkilir? – Ekspert
Ukrayna Silahlı Qüvvələrinin Xarkov istiqamətində əks-hücumu artıq operativ əməliyyat miqyasını aşır.
Bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.
“Bizim düşmənə əks-hücum etdiyimiz iki istiqamətimiz var. Qüvvələrimizin Xarkov istiqamətindəki əks-hücumu artıq sürətlə miqyası aşır. Yəni onlar əvvəllər düşündüyümüzdən daha böyük miqyasda irəli gedirlər”, – o bildiirb.
Ekspert vurğulayıb ki, ruslar böyük itkilər verirlər:
“Xarkov istiqamətində Rusiya ordusunun 3-cü motoatıcı diviziyasının bölmələri dəstəksiz qaldı və şəxsi heyət təşviş içində idi. Niyə onlar belə tez geri çəkilirlər? Çünki biz Rusiya ordusunun hissələri və bölmələrinin şəxsi heyəti arasında çaxnaşma vəziyyəti yarada bildik”.