KİV: Azərbaycanı Türkiyə ilə birləşdirəcək Zəngəzur dəhlizi üçün zəruri addımlar atılır

 

Azərbaycanı Naxçıvan üzərindən Türkiyə ilə birləşdirəcək Zəngəzur dəhlizi üçün zəruri addımlar atılır. 2021-ci il oktyabrın 26-da iki ölkənin rəhbəri tərəfindən təməli qoyulan Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun 57 faizi tamamlanıb.

Bu barədə Türkiyənin “Akşam” nəşri yazıb.

Qeyd edilir ki, iki ölkəni avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun yarıdan çoxunda tikinti işləri tamamlanıb.

Dəhlizin Azərbaycana aid hissəsində uzunluğu 123,6 kilometr olan yol Füzuli rayonunun Əhmədbəyli kəndindən başlayır.

“Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu beynəlxalq standartlara uyğun birinci dərəcəli keyfiyyətlə tikilir.

Avtomobil yolunun 77,5 kilometrlik hissəsi altı hərəkət zolağı, qalan hissəsi isə 4 hərəkət zolaqlı olmaqla layihələndirilib.

Yolda tikilməkdə olan 3 avtomobil tunelinin 37 faizi tamamlandığı halda, layihədəki 23 körpüdən 19-u tikilməkdədir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nəzarəti altında türk şirkətləri tərəfindən aparılan tikinti işlərinin 2024-cü ildə başa çatdırılması planlaşdırılır”, – nəşr qeyd edib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password