Əvəz Zeynallı və Elçin Sadıqov harada saxlanılır?

 

Jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqov Dövlət Təhlükəsizliyi Xidmətində saxlanılır.

Bu sözləri  Əvəz Zeynallının vəkili Aqil Layıc deyib.

O bildirib ki, Binəqədi Rayon Məhkəməsinin hökmü ilə barələrində 4 ay həbs qətimkan tədbiri seçilən vəkil Elçin Sadıqov və Xural TV-nin rəhbəri Əvəz Zeynallının saxlanması DTX-ya həvalə edilib.

A.Layıc həmçinin Əvəz Zeynallı ilə bağlı apellyasiya şikayəti yazdığını qeyd edib:

“Şikayət sabah Binəqədi məhkəməsində olacaq. Bakı Apellyasiya Məhkəməsindən onun barəsində qətimkan tədbirinin ləğv edilməsi və ya alternativ olaraq ev dustaqlığı qətimkan tədbirinin seçilməsi xahiş edilib”, – o bildirib.

Qeyd edək ki, Əvəz Zeynallı və Elçin Sadıqov külli miqdarda rüşvət almaqda ittiham olunur. Onların hazırda həbsdə olan iş adamı “Baku Still Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun ailə üzvlərindən 20 min manat aldıqları iddiası və səs yazısı yayılmışdı./musavat.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password