Bu məsələni yalnız Türkiyə həll edə bilər – Ərdoğan hərəkətə keçdi

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrda BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək sammiti ilə yanaşı, rusiyalı həmkarı Vladimir Putinin dəvəti ilə həmin ay Şanxay Əməkdaşlıq Təşkilatının Özbəkistanda keçiriləcək toplantısına da qatılacaq.

“Türkiyə” qəzetinin verdiyi xəbərə görə, Ərdoğanın ABŞ-a səfəri zamanı Prezident Co Baydenlə görüşəcəyi bildirilib.

Görüşdə Suriyanın şimalındakı terror təşkilatları başda olmaqla regional və ikitərəfli əlaqələr ətraflı şəkildə müzakirə ediləcək.

Ötən ay Türkiyə, Rusiya və İranın iştirakı ilə keçirilən Tehran sammitindən sonra Ərdoğan bir daha ABŞ qüvvələrinin Fəratın şərqini tərk etməli olduğunu vurğulayıb.

Məlumata görə, Türkiyə “Şanxay beşliyi”nin toplantısında xüsusilə taxıl dəhlizinin açılmasından sonra enerji dəhlizi məsələsini də qaldıracaq. Rusiyanın embarqosuna görə Avropa ölkələrinin yaşadığı enerji böhranının həllində Ankaranın aktiv rol oynaya biləcəyi və bu çərçivədə Türkiyə üzərindən Avropaya LNG nəqlinin ön plana çıxa biləcəyi deyilir.

Mütəxəssislərə görə, qış yaxınlaşdıqca Avropada təbii qaz böhranı artacaq və bu səbəbdən Türkiyənin taxıl dəhlizində olduğu kimi enerji dəhlizinə çevrilməsi ehtimalı da artıb. Avropa ölkələrinin bu mənada Türkiyədən asılı vəziyyətə düşdüyü və bu məsələlərin “Şanxay beşliyi”nin toplantısında müzakirə ediləcəyi bildirilib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password