DTX-dan əməliyyat: Əbülfəz Məlikov həbs edildi
“Broker” MMC-nin rəhbəri, tanınmış broker Əbülfəz Məlikov həbs edilib.
Əbülfəz Məlikov Dövlət Təhlükəsizlik Xidmətindən Dövlət Gömrük Komitəsinin yüksək vəzifəli şəxsləri barəsində davam edən cinayət işi çərçivəsində saxlanılıb.
O, külli miüdarda dövlət büdcəsinə milyonlarla manat vergi və gömrük ödəmələrindən yayınmaqda və vəzifə saxtakarlıqlarında ittiham olunur.
Səbail Rayon Məhkəməsində onun barəsində verilən təqdimata baxılıb və barəsində həbs qətimkan tədbiri seçilib./APA