Azərbaycan Ordusunun Laçında həlak olan əsgərlərinə şəhid statusu veriləcək

 

Azərbaycan Ordusunun Laçın rayonunda xidməti döyüş tapşırığını yerinə yetirərkən xəsarət alan və hospitalda vəfat edən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Əliyev Tahir Çingiz oğluna şəhid statusu veriləcək.

Qanunvericiliyə əsasən, Laçın rayonunda həlak olan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları, əsgər Əliyev Tahir Çingiz oğlu və əsgər Xudiyev Samir Səməd oğluna şəhid statusu veriləcək.şəhid statusu alacaq.

Qeyd edək ki, avqustun 5-də Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Samir Səməd oğlu Xudiyev və əsgər Əliyev Tahir Çingiz oğlunun üzərinə düşüb. Nəticədə əsgər Samir Xudiyev aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib.

Əsgər Tahir Əliyev isə müxtəlif bədən xəsarətləri almışdı. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password