Azərbaycan Ordusunun şəhid olan əsgəri dəfn edilib

 

Ötən gün qanunsuz erməni silahlı dəstələrinin təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun əsgəri Anar Kazımovla vida mərasimi başa çatıb.

18 yaşlı Anar Kazımovun cənazəsi anadan olduğu Şəmkir rayonunun Qaracəmirli kəndinə gətirilib. Mərasimdə rəsmi şəxslər, şəhidin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

A.Kazımovun nəşi dəfn olunması üçün Qaracəmirli kənd qəbiristanlığına aparılıb, daha sonra yaylım atəşləri altında torpağa tapşırılıb, ruhuna dualar oxunub.

Tabutun üzərindəki üçrəngli bayrağımız xatirə olaraq mərhumun ailəsinə təqdim edilib

Vida mərasimindən sonra A.Kazımov kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub.

Nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.

Faktla bağlı Qubadlı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Allah rəhmət etsin!

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password