Kimsə Azərbaycanın gücünü yoxlamasın – Kılıç

 

Kimsə can Azərbaycanın gücünü yoxlamasın. Azərbaycanımız torpaqlarını qoruyacaq, vətəndaşlarını qoruyacaq gücə sahibdir. Əvvəlcə terrorçu ermənilərin başlatdığı atışma nəticəsində şəhid olan Anar Kazımov qardaşıma Allah rəhmət eləsin, ailəsinə baş sağlığı vermək istəyirəm. Bunun qisası alındı. Azərbaycanımızn ordusu başlatdığı anti-teror əməliyyatlar nəticəsəndə ən azı 2 erməni terrorçu məhv edildi, 14 erməni də yaralandı. Birə on. Bu, belə davam edəcək. Burda Azərbaycanın gücünü də görürük.

Bu barədə Türkiyənin Azərbaycandakı sabiq səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə nümayəndəsi Hulusi Kılıç danışıb.

O qeyd edib ki, Azərbaycanın torpaqları içərisində terrorçu fəaliyyətlər göstərsələr, bundan sonra daha sərt cavab veriləcək.

Səfir qeyd edib ki, əslində biz sülhməramlılardan onlara verilən tapşırığın həyata keçirilməsini gözləyirik.

“10 noyabr 2020 anlaşmasına görə, bu separatçı-terorçuların əlindəki silahlar tezliklə toplanmalıdır. Azərbaycanın torpaqlarında terrorçu fəaliyyətlə məşğul olmaq – təbii ki, bunu qəbul etmək mümkün deyil.

Laçın Azərbaycanın torpağıdır. Qarabağ Azərbaycandır. Və buna Azərbaycan lazımlı cavabı vermişdir, verəcəkdir. Kimsə Azərbaycan əsgərinin gücünü yoxlamasın. Cənab Prezident dəfələrlə çağırış etdi. Tezliklə bu sülh müqaviləsinin imzalanması və Azərbaycanın irəli sürdüyü baza prinsipinin gerçəkləşməsi lazımdır. Türkiyə olaraq, Azərbaycanın haqlı davasının həmişə yanında olacağıq. Ermənistan Türkiyə ilə əlaqələri normallaşdırmaq istəyirsə, əvvəlcə Azərbaycanla əlaqələri normallaşdırmalıdır. Sülh müqaviləsinin tezliklə imzalanması lazımdır. Burdan onu yenidən deyirəm, terorçular bir dəfə də cəsarət edərsə, bunun cavabının ağır olacağı bəllidir. Təcrübəli Azərbaycan ordusu var. Ona görə də terrorçular ağlını başına yığmalıdır”, – deyə Kılıç bildirib./bizimyol.info

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password