Nazir: “Azərbaycanda 100 min hektar əkin sahəsi məhv olub”

 

Vahid Məhərrəmli: “Bu, 2 aylıq ərzaq buğdası tələbatının təminatı deməkdir”

Azərbaycanda bu ilin yanvar-fevral aylarında baş vermiş güclü quraqlıq nəticəsində taxıl üçün ayrılmış təxminən 100 min hektar əkin sahəsi məhv olub.

Bunu iyulun 29-da Real TV-yə müsahibəsində kənd təsərrüfatı naziri İnam Kərimov deyib.

Kənd Təsərrüfatı Nazirliyi və onun ixtisaslaşmış strukturları taxıl bitkilərinin vegetasiya dövründə əlverişsiz iqlim şəraitinin mənfi nəticələri barədə məlumat verməyib: “Həmçinin nazirlik quraqlığın taxıl biçininə mümkün fəsadlarının aradan qaldırılması üçün görülən tədbirlər barədə də ictimaiyyəti məlumatlandırmayıb. Taxıl bitkilərinin məhv olması yalnız onların biçini başa çatdıqdan sonra qeydə alınıb”.

Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda payızlıq taxıl bitkiləri üçün 1 milyon hektara yaxın torpaq sahəsi ayrılıb ki, bunun da 60 faizi buğdanın payına düşür.

Kənd Təsərrüfatı Nazirliyi bildirir ki, iyulun 4-nə dənli bitkilərin 72,6 faizinin biçini aparılıb, 2 milyon 163 min ton buğda və arpa yığılıb.

Dövlət Statistika Komitəsi isə iyulun 1-nə 1 milyon 98,7 min ton taxıl yığıldığını qeyd edib: “Bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 20,1 faiz azdır. Eyni zamanda, komitə bu mənfi tendensiyanın səbəbini quraqlıqla deyil, “hava şəraiti” ilə əlaqədar mövsümün gecikməsi ilə izah edib”.

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov Meydan TV-yə deyib ki, bir ay əvvəl bir sıra bölgələrdə taxıl sahələrinin məhv edildiyi barədə açıqlama yaysa da, nazirlik reaksiya verməyib.

Onun sözlərinə görə, nazir İnam Kərimovun söylədiklərinə əsaslansaq, hər hektardan 30 sentner məhsul əldə olunursa, bu, 300 min ton taxıl deməkdir: “Bu, Azərbaycanın 2 aylıq ərzaq buğdası tələbatının təminatı deməkdir. Əlbəttə, Azərbaycan keyfiyyətli buğda istehsal edə bilmir. Daha doğrusu, istehsal etsə də, çeşidləyə bilmir. Ona görə də istehsal olunan buğdadan ərzaq buğdası kimi istifadə edilmir”.

Ekspert bildirib ki, bu il Şəkidə 65 min 283 hektar sahədə taxıl əkini həyata keçirilib və həmin ərazilərdən 88 min 430 ton məhsul əldə edilib: “Rayon üzrə orta məhsuldarlıq 13,5 sentner təşkil edib. Aldığımız məlumata görə, Dövlər Statistika Komitəsi Şəkidə bu il məhsuldarlığı artırmaq üçün 17,6 min hektar taxıl sahəsini hesabdan silmək və orta məhsuldarlığı süni olaraq 18,4 sentnerə qaldırmaq istəyir”.

“Şəki rayonunda 2020-ci ildə 65 min 657 hektar taxıl sahəsindən 199 min 261 ton (hektardan 30,3 sentner) məhsul əldə edilib. Amma 2 il əvvəl həm məhsul istehsalı, həm də orta məhsuldarlıq indikində 2,2 dəfə çox olub. On il əvvəl (2012-ci il) isə 255 min 825,7 ton, yəni indikindən 2,9 dəfə çox məhsul əldə edilib”, – deyə ekpert bildirib.

Vahid Məhərəmov vurğulayıb ki, dövlət başçısı İlham Əliyev Ukraynaya səfəri zamanı taxıl əkini üçün torpaq ərazisi icarəyə götürmüşdü: “Təsəvvür edin ki, Ukraynada da aqro-texniki qaydalara əməl etmədən məhsul əldə etmək mümkün deyil. Yəni hökumət bu sahələrdə olan problemləri də Ukraynaya aparacaq. Bu sahələrə xərclər çəkilsə də, dövlət hesabına kompensasiya edirlər. Hazırda Ukraynada 56 min hektar “Paşa Holdinq”in nəzdində olan aqro MMC-yə məxsusdur”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password