Kosova gərginliyi: Vuçiç xalqa müraciət etdi

 

Kosovada baş verən gərginliklə bağlı Serbiya Prezidenti Aleksandr Vuçiç xalqa müraciət edib.

O, hakimiyyətin Kosovadakı gərginliyi azaltmaq üçün çalışdığını bildirib.

O, gecə ilə Baş Qərargaha gəlməsinə də aydınlıq gətirib. Deyib ki, Baş Qərargahda görüşünü başa çatdırıb, buna qədər isə general Moysiloviç NATO-nun Kosovadakı Missiyasının rəhbərliyi ilə danışıb. Missiya Kosovska-Mitrovitsaya gəlməlidir və Kosova serblərinin lideri Rakiçlə danışmalıdır.

O bildirib ki, məsuliyyətsiz alban tərəfi üçüncü tərəflərin arqumentlərini qəbul etməlidir:

“Ümid edirəm ki, bu gün dialoq vasitəsilə sülhün qorunması üçün daha əlverişli vəziyyətə gətirib çıxaracaq kompromis həll yollarına nail olmaq mümkün olacaq”.

Qeyd edək ki, bundan öncə NATO Missiyası Kosovanın şimalında stabilliyə təhdid olacağı təqdirdə müdaxilə etməyə hazır olduğunu açıqlamışdı.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password