Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindəki qanunazidd əməllərdən daha bir qazi şikayətçi oldu

Sumqayıt şəhəri, “Yaşıl dərə” massivi, Sevil Qazıyeva küçəsi, 625 “V”-də yaşayan, qazi, ağır xəstə Abbasov Vüsal Söhrab oğlu tərəfindən mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya, Baş nazir Əli Əsədova, Dövlət Təhlükəsizlik Xidməti rəisi Əli Nağıyevə, Baş Prokuror Kamran Əliyevə, Əmək və Əhalinin Sosial Təminat naziri Sahil Babayevə, ƏƏSMN-nin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramova, Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi  Nazim Rəcəbova, Azərbaycan Respublikası Ombudsman Aparatının sədri Səbinə Əliyevaya  ƏƏSMN-nin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim  komissiyasının süründürməçiliyindən, özbaşnalığından və qanunazidd əməlləri ilə  bağlı şikayət  məktubu ünvanlanıb.
Aktualinfo.org vətəndaş Vüsal Abbasovun  sözügedən müraciət məktubunu olduğu kimi diqqətinizə çatdırır. O, yazır ki:
                              
Əvvəlcə bildirim ki, mən 23.03.1994-cü ildə Sumqayıt şəhərində  anadan olmuş və yaşamışam. 2016-cı ildən sonra   2020-ci ilin oktyabrın 2-nə qədər MAXE vəzifəsidə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında işləmişəm. Xidməti işimlə bağlı Vətən Müharibəsində iştirak etmiş və döyüşlərdə bədənimin müxtəlif yerlərindən ağır yaralanışam. Mühariədən sonra  ciddi xəstəliklərdən əzyyət çəkrəm. Lakin son 2 ilə yaxındır ki,  müxtəlif xəsətəxanalara etdiyim müraciətlərdən və müalicələr  almağıma baxmayaraq DİN-in DQ hərbi həkim Komssiyasının qoyduğu diaqnoz üzrə  “Sağ bud nahiyyəsini dəlib keçən odlu silah yaralanmasından sonrakı çapıqla, sol  IV və V  qabırğaların sığı, sol tərəfli hemopnevmotoraks, ağciyər kontuziyas, pnvmonitdən sonrakı restriksianın üstünlüyü, qarışq tipli əhəmiyyətl ventilyasiya pozğunluğu, Plevra bitişmə,Tənəffüs çatşmazlığı 2-ci dərəcə. Üzün hər iki tərəfinin plevranın, döş qəfəsiin sol yrsının çoxaylı yad cisimlə ( metal qəlpələr)  ” diaqnozu əsasında tapdığım xəstəliklərdən tez tez bayılmalar müşahid olunur.
Tənəffüs  funksiyasının pozulması nəticəsində yeriş və hərəkətimdə də kəskin pozulmalar baş vermişdir. Maştağa psixi xəstəxanasında müalicələr almğıma baxmayarq qarabasmalardan,kəskin boğulmalardan əziyyət çəikrəm.   Hazırda da bu ilin ortalarına qədər müalicələr almağıma baxmayaraq sağlamlığmı qismən də olsa bərpa edə bilməmişəm. Əksinə, ağırlaşmalar davam edir. 1 ildir ki, nervopataloqun nəzarəti altındayam.
   Doğudur,  Xəstəliyimin ağırlaşması nəticəsində məni  DİN-nin Daxili Qoşunlardan sağlamlıq vəziyyətimə görə hərbi xidmətə yarasız olduğuma görə işdən azad edilmişəm. Lakin ox təssüflər olsun ki,  DİN-nin DQ-ın  hərbi həkim komissiyası özlərini də qeyd etdiyi kimi çoxsaylı diaqnozlar qoysalar da nevroloji. vəziyyətimi və fatiki sağlamlığımın itirilməsni və nəticədə iş qabiiyyətimin omamasını   qəbul etdikləri  377 nömrəli, 14.12.2021-ci il tarixli XƏSTƏLİK HAQQNDA ŞƏHADƏTNAMƏD qeyd etəməməklə mən müharibə dövründə qismən yararlı yazmışlar. Lakin onların mənim xəstəliklərim üzrə verdikləri FORMA -88 göndərişinə  ƏƏSMN-nin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi komissiyası tərəfindən əsassız olaraq imtina verilmişdir. Heç səbəbini də izah etmirlər.
Rəsmi imtina cavabında ƏƏSMN-nin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin komisiyası
  müxtəlif, mənə aydın olamayan formada əlilliyimin təyin edilməsinə qəsdən imkan verməmişlər. Belə ki, komissya mənə qoyulan diaqnozu əlillik meyarına qəsdən uyğun hesab etmir. Yəni, bu rəsmi süründürməçilkdən belə  nəticə çıxarıram ki,  ƏƏSMN-nin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin  komissiysının maddi maraqları təmin edilmədiyinə görə sonda əlillik təyin edilməsi üçün mənə FORMA 88-i təsdiq etməyiblər. Halbuki mənim kimi ağır xəstəlikdən əziyyət çəkən çox insanlara əlillik təyin edilmişdir. Hesab edirəm ki,həkim   komissiysının əsassız imtinası  bir bəhanədir və ciddi qanunpozuntusudur. Belə olmasaydı DİN-nin DQ-nın peşəkar hərbi həkim komissiyası mənə belə bir  ağır xəstəliyim ola ola   əlilliyin təyin edilməsi üçün forma 88 hazırlayıb sistemə daxil etməzdilər əlilliyim qiymətləndirilsin və təsdiq edilsin. Amma faktiki olaraq mənim indi ağır xəstəliyimə görə işsizlikdən( iş qabiliyyətimi itirdiyimə görə) və xəstəlikdən əziyyət çəkdiyim bir vaxtda mən hansı madi vəsaitlə ƏƏSM Nazirliyin həkim komnissiyasını “razı salmalı” idim? Mən hazırda faktiki olaraq müharibə əliliyəm. Və bu faktı sadəcə vicdanla təsdiq etmək lazımdır.
   Cənab Ali Baş Komandan və  Prezident! Hesab edirəm ki,  mənim kimi qanını Vətəni azad olunması uğrunda tökmüş və nəticədə sağlamığımı və iş qailiyyətini itirmiş kasıb və sadə vətəndaşları qəsdən süründürməçiliyə və bürokratiya məruz qoyan   komissiyanın işinin ciddi araşdırlmasına zəruriyyət yaranmışdır.
Sizdən çox xahiş edirəm. Mənim təqdim etdiyim sənədərin əvvəlcə əsaslar üzrə yoxlanılaraq əlilliyin müəyyən edilməsi üçün müstəqil ekspert komissiyasına tapşırıq verməyinizi və ƏƏSMN-nin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim    komissiyasının qanunazidd  əməllərinə hüquqi qiymətin verilməsi barədə aidiyyatı üzrə göstərişlər verməyinizi xahiş edir və əvvəlcədən minnətdarlığımı bildirirəm.
AZƏRBAYCAN ƏSGƏRİNİN DÖYÜŞ RUHUNU BELƏ SÜRÜNDÜRMƏÇİ ÜNSÜRLƏRİN  SINDIRMASINA İMKAN VERMƏK OLMAZ!
vusal Abbaso shexs 111.jpg
V  Abbsov sned 333.jpgV Abbasov sned 222.jpg
Aktualinfo.org

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password