“Bu, amerikalıları üzəcək” – Hulusi Akar

 

Türkiyə müdafiə naziri Hulusi Akar Suriyanın şimalında mümkün antiterror əməliyyatı barədə məlumat verib.

O, terrorçuların sözügedən istiqamətdə Türkiyəyə tez-tez hücum etdiklərini bildirib.

“2011-ci ildə Suriyada böhran başlayandan sonra ölkəmizin sərhədlərinə müxtəlif hücumlar oldu. Məscidlər bombalandı. Reyhanlıda insanlar həyatını itirdi, heç kim ora gedə bilmədi. Bu gün Təl-Rıfat və Mənbiçdən hərbçilərimizə qarşı hücumlar var. Biz də eyni şəkildə cavab veririk”, – Akar deyib.

Onun sözlərinə görə, bu ilin yanvarından bəri təxminən 2 226 terrorçu zərərsizləşdirilib: “Sərhədlərimizi qorumaq, vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək üçün harada və nə vaxt lazımdırsa, bunu etmişik və edəcəyik”.

Akar ABŞ-ın terror təşkilatlarına dəstəyinə də toxunub, “ABŞ PYD/YPG-dən əl çəkəcəkmi?” sualına belə cavab verib:

“Əl çəkəcək. Terrorla, terrorçularla yaşaya bilməzsən. Onlar bunu nəhayət başa düşəcəklər.

Bu bir aldanmadır, heç bir izahı yoxdur. Amerikalı müttəfiqlərimiz sabah bunu xatırlayanda üzüləcəklər, “Çox böyük səhv etdik” deyəcəklər”.

ABŞ-dan F-16-ların alışı prosesi barədə danışan Akar bu yöndə müsbət gəlişmələrin olduğunu söyləyib:

“Amerika görüş keçirəcək. Prezidentimizin cənab Baydenlə təmaslarında ABŞ administrasiyanın mövqeyinin son dərəcə müsbət olduğunu gördük. Gözləntimiz heç bir şərt olmadan nəticə əldə etməkdir”./teleqraf.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password