Rusiyadakı güclü yanğınla bağlı Azərbaycan səfirliyi hərəkətə keçdi – FOTO/VİDEO


Rusiya paytaxtında hosteldə yanğın baş verib. Hadisə nəticəsində 8 nəfər ölüb. Onların hamısı miqrantlardır. Faciə nəticəsində daha dörd nəfər yaralanıb, təxminən 200 nəfər təxliyə edilib.

Ölən və yaralananlar arasında azərbaycanlıların olub-olmadığı barədə Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) sorğu göndərilib.

XİN Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva Oxu.Az-a açıqlamasında bu barədə quruma məlumat daxil olmadığını diqqətə çatdırıb:

“Baş vermiş hadisədə ölən və ya xəsarət alanlar arasında azərbaycanlıların olub-olmaması ilə bağlı ölkəmizin Rusiyadakı səfirliyi araşdırma aparır”.

Qeyd edək ki, yanğın barədə məlumat 28 iyul Moskva vaxtı ilə saat 23:47-də (Bakı vaxtı ilə 29 iyul 00:47) daxil olub. İlkin ehtimallara görə, hadisəyə səbəb elektrik avadanlığının nasazlığı ola bilər.

Ölüm hallarına səbəb hostelin pəncərələrindəki dəmir barmaqlıqlar göstərilib. İnsanlar buna görə binadan çıxmağı bacarmayıblar. Yerli sakinlər onlara kömək etməyə çalışsalar da, bu mümkün olmayıb.

RF Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yataqxanada yanğın siqnalizasiyası işləməyib. Müəssisədə dəfələrlə qanun pozuntuları aşkar edilib, yerli sakinlər obyektin antisanitar vəziyyətindən şikayət ediblər.

Faciə ilə bağlı RF İstintaq Komitəsi tərəfindən “Təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsinə görə ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olma” maddəsi ilə cinayət işi açılıb./oxu.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password