“Ukrayna 4 ölkə arasında bölünəcək” – Şok plan

 

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Telegram” kanalında bugünkü Ukrayna ərazisinin böyük hissəsinin Rusiya, Polşa, Rumıniya və Macarıstan arasında bölündüyü yeni Avropa xəritəsini paylaşıb.

Xarici KİV-lər xəbər verir ki, Medvedev iki foto paylaşaraq onları şərh edib.

“Psixotrop maddələrdən təsirlənən Ukrayna prezidentinin ağlında ölkəsinin parlaq gələcəyinin aşağıdakı mənzərəsi canlanır”- deyə Dmitri Medvedev birinci şəklə işarə vurub.

Medvedevin göstərdiyi ikinci xəritəyə belə şərh yazıb: “Qərb ekspertləri əslində belə olacağını düşünürlər. Burada Ukraynanın yalnız Kiyev bölgəsindən ibarət olduğu, digər bölgələrin isə Rusiya, Polşa, Rumıniya və Macarıstan arasında bölündüyü görünür”./teleqraf.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password