Peskovdan “Bayraqdar” açıqlaması – “Soçidə Putinlə Ərdoğan…”

 

Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukraynanın dəniz limanlarından taxılın təhlükəsiz daşınması üzrə Birgə Koordinasiya Mərkəzinin işini Soçidəki görüşdə dəyərləndirəcək.

Bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Песков предупредил страны ЕС словами «нет оплаты — нет газа» — РБК

“Hazırda taxıl sazişinin icrasına başlanılır və proses davam edəcək. Təbii ki, Soçidə keçiriləcək görüş bu məsələnin müzakirəsi üçün yaxşı fürsət olacaq”, – o deyb.

Peskov Rusiya ilə Türkiyə arasında hərbi-texniki əməkdaşlıq çərçivəsində “Bayraqdar” TB2 pilotsuz uçuş aparatlarının birgə istehsalı ilə bağlı məsələnin liderlərin gündəliyində olub-olmadığına dair sualı belə cavablandırıb: “İki ölkə arasında hərbi-texniki əməkdaşlıq daim gündəmimizdədir. Prezidentlər son təmaslar zamanı hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə edib. Bu kontekstdə hər zaman olduğu kimi Soçidə liderlər arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunacaq”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password