Rusiya könüllü batalyonlar yaradır, Ukrayna kəşfiyyatı isə…
“Donetsk Xalq Respublikası” işğal olunan Ukrayna ərazilərinin Rusiya Federasiyasına birləşdirilməsi ilə bağlı referendumun hazırlığını dəstəkləyərək, Ukraynanın yeni ərazilərinin ələ keçirilməsi şərtlərini elan edir.
Bu barədə Amerika Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.
Qeyd edək ki, “Donetsk Xalq Respublikasının” informasiya nazirliyi rəhbərinin birinci müavini”nin avqustun sonuna kimi “DXR”in Donetsk vilayətini tamamilə ələ keçirməyi gözlədiyi barədə bəyanat verib.
“Rusiya tərəfindən dəstəklənən marionet və işğalçı rəhbərlik ehtimal ki, ilhaqın sürətləndirilmiş şərtlərini dəstəkləmək üçün son tarixlər təyin etməkdə israrlıdır. Halbuki Rusiya qoşunlarının göstərilən ilhaq müddəti başlamazdan əvvəl Ukraynada əhəmiyyətli əlavə əraziləri tutmaq ehtimalı azdır”, – analitiklər bildirir.
İnstitutun hesabatında deyilir ki, rus qoşunları Baxmutun şimal-şərqində ekstremal mövqelər tutub və şəhərin şərq və cənubunda hərbi əməliyyatları davam etdirirlər.
İzyumun şimal-qərbində, ehtimal ki, İzyum-Slavyansk xəttində arxa tərəfi qorumaq üçün məhdud hücum edib.
ISW-nin məlumatına görə, Kreml Ukraynada yerləşdirmək üçün regional könüllü batalyonlar yaratmağa davam edir. Ukrayna kəşfiyyatı isə Kremlin saxta referendumlar yolu ilə işğal olunmuş əraziləri ilhaq etmək planlarını üzə çıxarır.
Qeyd edək ki, daha əvvəl Qərb KİV-ləri Rusiyanın Ukrayna ərazisinin beşdə birini ilhaq etməyi artıq sentyabrın ortalarında planlaşdırdığını yazıb./teleqraf.com