İsraildən İrana şok: Bir zərbə ilə…

 

İsrail bir güclü zərbə ilə İranın nüvə proqramının həyata keçirilməsini ləngidə bilər.

Bu sözləri İsrailin müdafiə naziri Benni Qantz deyib.

“İran qlobal problemdir, İsrail dövlətinin şəxsi problemi deyil. Sonda biz (İsrail – red.) İranın nüvə yaratmaq qarşısını almaq üçün güclü zərbə endirə bilərik”, – İsrail Müdafiə Nazirliyinin rəhbəri bildirib.

İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) bərpası üzrə danışıqlara toxunan Qantz qeyd edib ki, İsrail bu razılaşmadan çox narazıdır:

“Biz razılaşmadan çox narazıyıq, bu, pis razılaşma olacaq, çünki sanksiyalarda müvəqqəti ləngimə olacaq və iranlılar iqtisadiyyatı bərpa edə biləcəklər. Biz bütün boşluqları qeyd etdik”.

Qantz, həmçinin, sövdələşmənin bərpası ilə bağlı razılığın “yaxın bir neçə gün ərzində” əldə oluna biləcəyini istisna etməyib, lakin “hazırda bunun heç bir əsas əlamətini görmürəm” – deyə əlavə edib.

İyunun sonunda Qətərdə nüvə sazişinin bərpası üçün ABŞ və İran arasında dolayı danışıqlar baş tutub. Daha sonra danışıqların koordinatoru, Aİ Xarici İşlər Xidmətinin siyasi direktoru Enrike Mora bildirib ki, tərəflər ümid etdikləri irəliləyişə nail ola bilməyiblər. Eyni zamanda, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian rəsmi Tehranın Dohada keçirilən danışıqların yeni mərhələsini müsbət qiymətləndirdiyini açıqlayıb. Onun sözlərinə görə, sövdələşmənin bərpası məqsədinə “ABŞ realizm nümayiş etdirsə” nail olmaq olar./publika.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password