“Rəsmi Brüssel “Dağlıq Qarabağ” ifadəsindən tamamilə imtina edib” – Aşotyandan etiraf
Nikol Paşinyanın məğlubiyyəti ucbatından rəsmi Brüssel üçün “Dağlıq Qarabağ” və “erməni hərbi əsirlər” problemi yoxdur.
Bu barədə Ermənistanın Respublika partiyasının sədr müavini Armen Aşotyan öz Facebook səhifəsində canlı yayımda bildirib.
“Mənim bəyanatım bu il iyulun 18-də dərc edilmiş Avropa Komissiyasının baş katibinin imzaladığı rəsmi sənədə əsaslanır. Sənəd Azərbaycanla tərəfdaşlığın həyata keçirilməsinə dair hesabat adlanır.
Yəni, Avropa İttifaqının Azərbaycanla tərəfdaşlıq proqramı var. Bu hesabatda onun Azərbaycanla əlaqələri, qiymətləndirmələri, problemləri və müxtəlif sahələrdə qeydə alınan uğurları ümumiləşdirilmişdir. Təbii ki, Azərbaycanla münasibətlər kontekstində təhlükəsizlik problemlərinə də qiymət verilib.
Bu mətn boyu heç olmasa bir dəfə “Dağlıq Qarabağ” ifadəsi işlədilmir. Ermənistan-Azərbaycan problemlərindən danışan rəsmi Brüssel “Dağlıq Qarabağ” ifadəsindən tamamilə imtina edib və yalnız bir dəfə azərbaycanlıların işlətdiyi “Qarabağ” sözündən istifadə edib.
Avropa İttifaqının rəsmi cavabına görə, “Dağlıq Qarabağ” yoxdur və bu, Nikol Paşinyanın xəyanətkar siyasətinin nəticəsidir. Onun üçtərəfli görüş zamanı etdikləri, yəni “Dağlıq Qarabağ” ifadəsini işlətməkdən imtina edib, indi bütün bunlar rəsmi sənədlərdə var”, – deyə Aşotyan əmin olduğunu bildirib ki, nə Ermənistan XİN, nə də Təhlükəsizlik Şurası bu sənədi oxumayıb./moderator.az