Erməni həyasızlığı pik həddə: nəyə nail olmaq istəyirlər?

 

Ermənistanın keçmiş ombudsmanı Arman Tatoyan Azərbaycanın rus sülhməramlılarının müvəqqəti nəzarəti altında olan hissəsində Ermənistan hərbi birliklərinin olması faktını tamamilə təkzib etməyə qalxıb, erməni mediası isə bunu iki gündür təbliğ edir.

Bu ölkənin Baş Qərargah rəisinin müavini Qarabağa bundan sonra çağırışçıların deyil, muzdlu əsgərlərin göndəriləcəyini və oradakı həqiqi hərbi xidmətçilərin müqaviləli hərbçilərlə əvəzlənəcəyini bildirir, Azərbaycanın kəskin etirazından sonra Ermənistan TŞ katibi Armen Qriqoryan Qarabağdakı Ermənistan hərbçilərinin çıxarılacağını rəsmən elan edir, ancaq armantatoyanlar media təbliğatçıları ilə birləşib, bunu təkzib etməyə çalışır.

Ən qəribəsi isə budur ki, bu məqamda Azərbaycan ittiham edilir. Tatoyan bildirir ki, bu yalançı ideyanı ancaq Azərbaycan təbliğ edir!

Hansı yalançı ideya? Ermənistan SQ Baş Qərargah rəisi müavininin rəsmi açıqlamasında Qarabağdakı Ermənistan hərbi birliklərinə muzdluların göndəriləcəyini deməsi “Azərbaycan təbliğatı”dır? Armen Qriqoryanın Qarabağdan Ermənistan hərbi hissələrinin çıxarılmasına başlanıldığı elan etməsinin Bakının təbliğatı ilə nə əlaqəsi?

Tatoyan deyir ki, guya Azərbaycan bu təbliğatı aparmaqla güc tətbiqinə əsaslar hazırlayır. Halbuki Ermənistan 10 noyabr 2020-ci il bəyanatının tələbini bir il 9 aydır icra etmədiyini ən yüksək səviyyədə etiraf eləyib; halbuki rus sülhməramlıların yerləşdirilməsi ilə paralel olaraq erməni hərbi birlikləri Azərbaycan ərazisini tərk etməli idi…

Qriqoryan etiraf etmək və hərbçiləri çıxarmaq qərarı verdiklərini demək məcburiyyətində qalır, ancaq “əl yeri” də qoyur: guya Qarabağda yaşayan ermənilərin “özünümüdafiə qüvvələri”nin onlara aidiyyəti yoxdur. Yəni sabah Qarabağda erməni əsgərə rast gələriksə, bu, Ermənistan deyil, Qarabağa sülhməramlıların köçürüb gətirdiyi və yaşamaları üçün günlük qida təminatını ödədiyi, humanitar yardım etdiyi ermənilər olacaq.

Başqa sözlə, Qriqoryan dolayısı ilə Ermənistan hərbi birliklərinin Qarabağdan tam çıxmayacağını, görüntü naminə bəzi qüvvələrin çıxacağını deyir, Tatoyan isə ümumiyyətlə faktı təkzib etməyə və rus sülhməramlılarına sığınıb qalan erməni əsgərlərini olduğu yerdə tam tərkibdə saxlamağa çağırır.

Məgər 10 noyabr 2020-ci il bəyanatında Qarabağa yerləşdirilən ermənilərin təhlükəsizliyini təmin etmək üçün silahlı dəstə yaradılması barədə hər hansı bənd varmı?

Əvvəla, Ermənistan və Qarabağda yaşayan ermənilərin işğalı davam etdirməyə gücü çatırdısa, 44 günə niyə darmadağın oldular?

İkincisi, Qarabağda erməni əsgərinin mahiyyəti nədən ibarətdir? Onlar nə iş görürlər? Azərbaycan Ordusuna müqavimət göstərirlər? Onların buna cəsarəti, imkanı, gücü var?

Demək, “təhlükəsizliyin qorunması”, “müdafiə dəstələri” boş nağıldır. Azərbaycan Ordusu bir neçə saata Qarabağın rus sülhməramlılarının müvəqqəti nəzarətində olan hissəsini götürə bilər.

Aydındır ki, hazırda təhlükəsizliyi rus sülhməramlıları qoruyur. Əgər ruslar qoruyursa, erməni “müdafiə dəstələri” kimə və nəyə lazımdır – əlbəttə, əgər təxribat, diversiya məqsədi güdmürlərsə.

Birmənalı olaraq belədir: Qarabağda yerləşdirilən ermənilərin silahlanması ancaq və ancaq təxribat, ərazilərimizə mina basdırmaq və diversiya üçündür.

O ki qaldı Qarabağda Ermənistan hərbçilərinin qalıb-qalmadığına, avqusta qədər Ermənistan hərbi birlikləri çıxmalıdır. Ondan sonra əlində silah Qarabağda Ordumuzun nişangahına gələn erməninin harada basdırıldığına baxarıq: Ermənistanda basdırılsa, onda Ermənistan hakimiyyəti Bakıya və ölənin yaxınlarına erməni əsgərin Azərbaycan torpaqlarında nə etdiyini izah etməli olacaq… /axar.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password