Azərbaycanda hansı koronavirus qadağaları geri qayıdır?

 

Son günlər dünyada və ölkəmizdə COVID-19 infeksiyasına yoluxma halları artıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın 24 iyul tarixində yaydığı məlumata görə, Azərbaycanda koronavirusa 333 yeni yoluxma qeydə alınıb, 187 nəfər müalicə olunaraq sağalıb. Eyni zamanda, dünyada yeni virus- meymunçiçəyi yayılıb. Bu günə kimi dünyanın 75 ölkəsində 16 mindən çox meymunçiçəyinə yoluxma hadisəsi baş verib. Bu haqda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Qurum bunu nəzərə alaraq “beynəlxalq əhəmiyyətə malik fövqəladə vəziyyət” elan edib. Ancaq hələlik vəziyyətə görə xüsusi karantin tədbirləri tövsiyə olunmur.

Xatırladaq ki, Azərbaycanda meymunşiçəyi virusuna görə testlər keçirilsə də, yoluxma hələlik təsdiqlənməyib. Lakin payızda virusların aktivləşməsi baxımından koronavirusa yoluxma hallarının sayının artacağı istisna edilmir.

Bəs bu artımın qarşısının alınması üçün hansı tədbirlər görüləcək? Hansı karantin qaydaları yenidən tətbiq olanacaq? Mövzu ilə bağlı danışan millət vəkili Musa Quliyev bildirib ki, özünü qorumaq üçün tövsiyələrə riayət etmək lazımdır:

“Azərbaycanda da koronavirusla bağlı epidemioloji vəziyyətin yavaş-yavaş pisləndiyini müşahidə edirik və bu, bizi narahat edir. İnsanlarımız gərək ayıq-sayıq olsunlar. Ölkəmizdə artıq məcburiyyət qaydasında olmasa da, qapalı məkanlarda tibbi maskadan istifadə etmək tövsiyə olunur. Eyni zamanda, vaksinasiyanı davam elətdirməliyik. Çünki epidemioloji situasiyanın yaxşılaşması vaksinasiyanın nəticəsində oldu. Bütün dünyada vaksinasiya getdi və virus da mutasiya edərək “Omikron”un yüngül formasına keçdi. İndi bizdə yayılan “Omikron”un yüngül formasıdır. Amma o demək deyil ki, virus ağırlaşmaz, insan həyatı üçün təhlükə yaratmaz. Yavaş-yavaş öz immunitetimizi formalaşdırmalıyıq, yəni bu, bir mədəniyyət formasına keçməlidir. Gözləməli deyilik ki, dövlət hər hansı məcburi qadağalara getsin. Bu şəkildə davam edərsə, payıza qədər ciddi məcburiyyətə ehtiyac qalmaz. Amma istənilən halda payızda havaların soyuması ilə əlaqədar virus infeksiyaları artır. Ona uyğun olaraq Operativ Qərargah qərar verəcək. Lakin insanlarımız özlərini qoruma tədbirlərinə, maska, əllərin dezinfeksiya olunması, ehtiyac olmadığı halda qapalı məkanlarda çox toplaşmamaq, sosial məsafəni gözləmək və digər tədbirlərə riayət etməlidirlər”.

Deputat bildirib ki, daha ciddi addımların atılıb- atılmayacağı payız və qışdakı epidemioloji situasiyadan asılı olacaq:

“İndidən nəsə söyləmək çətindir”./cebhe.info

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password