Ərdoğan: “Türkiyə Ermənistanla yanaşmanı Azərbaycanla razılaşdıraraq inkişaf etdirir”


“Türkiyə Ermənistanla yanaşmanı Azərbaycanla razılaşdıraraq inkişaf etdirir”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli jurnalistlərə açıqlamasında deyib.

“Əvvəldən bizim “qırmızı xətt”imiz Azərbaycan idi. Azərbaycan məsələsi həll olunandan sonra qapımızı açacağımızı dedik. Biz Ermənistanla normallaşma prosesində ciddi və qətiyyətliyik. Bizim vətəndaşımız olan və vətəndaş olmağa razı olan ermənilər var”, – Ərdoğan qeyd edib.

Türkiyə lideri vurğulayıb ki, ölkəsi Ermənistandan ikitərəfli münasibətlərin normallaşması üçün konkret addımlar gözləyir.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password