Tbilisidə Qarabağın tarixi irsi haqqında unikal kitabın təqdimatı keçirilib

Gürcüstan Təsviri İncəsənət Muzeyində “Qarabağ xanlığı. Tarixi və mədəni kimlik” adlı kitabın təqdimat mərasimi keçirilib.

Tədbirdə çıxış edən Gürcüstan Milli Muzeyinin Baş direktoru David Lordkipanidze nəşri Azərbaycanla mövcud olan sıx dostluğun nəticəsinin olduğunu bildirib.

Onun sözlərinə görə, kitabın müəllifi tanınmış alim olan Eldar Nadiradze mövzu üzərində peşəkarcasına iş aparıb: “Bu kitab alimlər və araşdırmaçılar üçün dəyərli mənbədir. Nəşr Qafqazın irsinə aiddir və onun köməyi ilə biz bir çox mövzuları araşdıra bilərik”.

Kitabın müəlliflər qrupunun rəhbəri professor Eldar Nadiradze öz növbəsində bildirib ki, nəşrdə Azərbaycanın mədəni irsinin bir hissəsi yer alıb: “Azərbaycan tarixinin araşdırılmasına kiçik də olsa verdiyim töhfədən çox şadam”.

Mərasimdə bildirilib ki, nəşrdə XIX əsrdə çar Rusiyasının Qarabağda həyata keçirdiyi hərbi və elmi ekspedisiyaları zamanı toplanan və hazırda Gürcüstan Milli Muzeyinin fondlarında saxlanılan, Qarabağ xanılığına aid olan 300-dən çox artefaktın rəsmi toplanıb.

Alimlərin fikrincə, elmi araşdırma nəticəsində nəşrdə kataloqlaşdırılmış bu kolleksiya Azərbaycan tarixinin ayrılmaz hissəsi olan Qarabağ xanlığı, onun zəngin mədəni irsi haqqında beynəlxalq marağın artmasına töhvə verəcək. Kitab Azərbaycan, rus, ingilis, fransız və ərəb dillərində nəşr olunub.

Gürcü alimlərinə Azərbaycan tarixi irsi sahəsində fədakar elmi tədqiqatları üçün təşəkkür edən Azərbaycanın Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov kitabın Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycan Xarici İşlər Nazirliyinin dəstəyi ilə artıq beş xarici dilə tərcümə edilərək nəşr edildiyini deyib. Nəşrin Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə elan edilmiş “Şuşa ili”nə gözəl töhfə olduğunu vurğulayan natiq, onun dünyanın digər elmi və mədəni mərkəzlərində də təqdim ediləcəyini, bununla da Qarabağ torpağında qədim və zəngin Azərbaycan irsinin tərənnümünə xidmət edəcəyini qeyd edib.

Daha sonra təqdimatda iştirak edən Gürcüstanın elmi və mədəniyyət ictimaiyyətinin nümayəndələri kitab – albomdan seçilmiş artefaktları əks etdirən fotosərgi ilə tanış olublar. Onların arasında Qarabağ xanlığına aid edilən bayraq, Qarabağ xanları sülaləsində qorunmuş Şah İsmayıl qalxanı, həmçinin XIX əsr Şuşa şəhərinin görüntülərini əks etdirən fotolar xüsusi maraqla qarşılanıb./report.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password