Müəmma davam edir: ruslar Gümrüdən köçür, yoxsa 2-ci baza qurulur?

 

Hökumət buna “yaşıl işıq” verib; yeni müqavilə hazırlanmalı və hər iki ölkənin parlamentində ratifikasiya edilməlidir

Ermənistan ərazisində növbəti Rusiya hərbi bazasının tikilməsi ilə bağlı iddialar yeni deyil. Hələ 2014-cü ildən zaman-zaman bu məsələ gündəmə gəlib, amma rəsmilər tərəfindən hər dəfə təkzib olunub. O zaman bildirilirdi ki, Rusiyanın işğalçı ölkədə yeni hərbi baza yaratması “Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında Moskvanın vasitəçiliyinə və neytrallığına kölgə sala bilər”. Müharibədəki biabırçı məğlubiyyətdən sonra isə xüsusilə erməni müxalifəti hesab edirdi ki, Rusiya ilə yeni təhlükəsizlik müqaviləsi imzalanmalıdır. Müqaviləyə ölkənin cənubunda Azərbaycanla həmsərhəd olan bölgədə yerləşdiriləcək ikinci hərbi bazanın yaradılması ilə bağlı bənd daxil edilməlidir.

Ermənistanın Gümrü şəhərində 1995-ci il dövlətlərarası razılaşmaya əsasən, 102-ci Rusiya hərbi bazası yerləşdirilib. 2010-cu ildə sənədə dəyişikliklər edilib, hərbi bazanın qalma müddəti 25 ildən 49 ilə, 2044-cü ilə qədər uzadılıb.

Bu ilin iyunun ortalarında isə bu mövzu yenidən aktuallaşıb ki, bu da səbəbsiz deyil. Buna səbəb hökumətin iclasında Rusiya bazasının Ermənistan ərazisində yerləşdirilməsi ilə bağlı protokola dəyişiklik edilməsi barədə qərarı olub. Hökumətin saytında yerləşdirilən əsaslandırmaya görə, Rusiya hərbi bazasının Ermənistan ərazisində yerləşdirmə məntəqələrinin ünvanlarının dəyişdirilməsi ilə əlaqədar hərbçilərə digər torpaq sahələrinin ayrılması zərurəti yaranıb. Əsaslandırmanı müdafiə naziri Suren Papikyan təqdim edib. “Protokola dəyişiklik Rusiya hərbi hissələrinin tərkibində dəyişikliklə və onların fəaliyyəti üçün şəraitin təmin edilməsi zərurəti ilə bağlıdır” – deyə müdafiə naziri bildirib.

Hökumətin bu barədə qərarından sonra isə yeni müqavilə hazırlanmalı və hər iki ölkənin parlamentində ratifikasiya edilməlidir.

Hazırda tikintinin getdiyi Berd rayonunun Ayqepar kəndi Əlibəyli kəndindən bir kilometr aralıda yerləşir, köhnə hava limanının ərazisidir. Ermənilər Rusiyanın sərhədin bu hissəsində olmasını təhlükəsizliyin təminatı hesab edirlər.

4e4cb463-7296-4494-a661-68a3f9ceab7d.jpg (187 KB)

“Əslində, söhbət yeni hərbi bazanın yaradılmasından gedir”. Bu barədə “Hraparak” qəzeti yazır. Erməni nəşri iddia edir ki, Rusiyaya hərbi baza üçün torpaq sahələri veriləcək. “Yeni hərbi baza Noyemberyan rayonunun inzibati sərhədləri daxilində yerləşməlidir. Baza Ayqepar və Voskepar qəsəbələrinin ərazisini də əhatə edəcək, burada iki minə yaxın rusiyalı hərbçi yerləşdiriləcək” –  deyə qəzet yazıb.

2995e6eb-5179-449b-ab89-189b10f4b1db.jpg (57 KB)

Politoloq Aleksey Fomenko isə hərbi baza ilə bağlı diqqəti fərqli istiqamətə yönəldib. Onun sözlərinə görə, Qərb Ukraynadakı xüsusi əməliyyatı Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaq üçün “imkan pəncərəsi” hesab edir: “Ona görə də Qərb Ermənistan cəmiyyətində aktiv revanşizmi qızışdırır. Qərb çalışır ki, Qarabağda Rusiya sülhməramlılarının əvəzinə Amerika və Fransa sülhməramlıları olsun. Və tamamilə ekzotik fikirlər erməni mediasına atılır, məsələn, “Ermənistan ABŞ-a İrana qarşı baza kimi lazımdır” və ya “Fransaya baza verək, çünki o, bizi bu qədər fəal dəstəklədi”.

Politoloqun iddiasına görə, Qərb erməni revanşizmi üzərində daha güclü oynayacaq və Paşinyana dəstək verəcək ki, o, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxsın: “Qərbin əsas istəyi budur ki, Qafqazda xaos olsun və KTMT-nin imicinə zərbə vurulsun. Bundan sonra NATO bəlkə Ermənistanda da peyda olacaq”.

Yerli ekspertlərə görə, baş verənlər Azərbaycanın maraqlarına ziddir. Bu səbəbdən yeni bazanın tikintisinin dayandırılması üçün tədbirlər görülməlidir. İlk növbədə beynəlxalq etiraza nail olmaq lazımdır./musavat.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password