İrəvandan Rusiyaya “sürpriz”: Berns Paşinyanla…

 

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Bernsin Ermənistana səfəri və Baş nazir Nikol Paşinyanla görüşü sıradan hadisə deyil.

Bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

“ABŞ-ın baş kəşfiyyatçısının Ermənistana səfəri ən çox Kremli düşündürüb. Rusiyanın baş düşməninin əsas adamlarından biri uzaq Ermənistanla nəyi müzakirə etmək üçün minlərlə kilometr məsafə qət edib? Rəsmi xəbərlərdə tərəflərin beynəlxalq və regional təhlükəsizliklə bağlı məsələləri və terrorla mübarizəni müzakirə etdiyi bildirilib. Paşinyan və Berns Cənubi Qafqazda baş verən proseslərə dair də fikir mübadiləsi aparıblar. Əgər Uliyam Berns Tiflisə və Bakıya səfər etmədən yalnız İrəvana gəlişi ilə kifayətlənib Vaşinqtona geri qayıtsa, sualların sayı çoxalacaq”.

Qeyd edək ki, Bernsin ötən gün səgər saatlarında İrəvana gəldiyini Rusiyanın “Sputnik” agentliyinin Ermənistan bölməsi öz mənbılərinə istinadla yaymışdı. Ermənistan hökuməti və ABŞ səfirliyinin səfərlə bağlı heç bir açıqlama verməməsinə də diqqət çəkilmişdi.

Yalnız axşam saatlarında Ermənistan hökuməti Bernsin Nikola Paşinyan və Ermənistan TŞ katibi Armen Qriqoryanla görüşdüyünü təsdiqlədi.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password