DTX əməliyyatı: 49 yaşlı general-polkovnik getdi… – Dosye

 

Xəbər verildiyi kimi bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev vəzifəsindən azad edilib.

Onun bir müddətdir DTX-nin Gömrük Komitəsində apardığı əməliyyatlar nəticəsində ikisi general olmaqla, bir sıra mühüm vəzifəli şəxslərin həbsi fonunda işdən azad edilməsi DGK-də ciddi problemlərin mövcudluğunu göz önünə gətirir.

Səfər Məmməd oğlu Mehdiyev – gömrük xidməti general-polkovniki, “Vətənə xidmətə görə” ordeni tam kavaleridir.

O, 17 mart 1973-cü ildə Naxçıvanda anadan olub. Orta təhsili başa vurduqdan sonra həqiqi hərbi xidmətə yollanıb.

Yalnız 1998-ci ildə Türkiyənin Egey Universitetinin Beynəlxalq İqtisadi Əlaqələr fakültəsini beynəlxalq iqtisadi əlaqələr ixtisası üzrə bitirib. Daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə ixtisası üzrə magistr dərəcəsi alıb.

2010-cu ildə isə Bakı Dövlət Universitetini hüquq fakültəsi ilə təhsilini tamamlayıb.

Əmək fəaliyyətinə 1990-cı ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonu Nehrəm kənd kolxozunda başlayıb.

1999–2004-cü illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin Gömrük tariflərinin tənzimlənməsi şöbəsinin inspektoru, böyük inspektoru, Gömrük dəyəri şöbəsinin rəisi, həmin Baş İdarənin rəis müavini vəzifələrində çalışıb.

2004-dən 2006-cı ilin fevral ayına qədər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini, 2006-cı ilin fevral ayından Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsində xidmət edib. 23 aprel 2018-ci ildə Dövlət Gömrük Komitəsi sədri vəzifəsinə təyin edilib.

30 yanvar 2020-ci ildə gömrük xidməti general-polkovniki ali xüsusi rütbəsi alıb.

16 iyul 2022-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədri vəzifəsindən azad edilib.

Ailəlidir, 2 övladı var.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password