Azərbaycanı təhqir edən erməni prodüser məhkəmə zalında öldü – VİDEO
Iyulun 15-də İrəvandakı Ümumi Yurisdiksiya Məhkəməsində prodüser Armen Qriqoryanın işi üzrə ilkin proses keçirilən zaman təqsirləndirilən şəxs huşunu itirərək stuldan yıxılıb.
Daha sonra Armen Qriqoryanın öldüyü məlum olub.
Ermənistan KİV-nin yaydığı xəbərə görə, Armen Qriqoryanın cəsədinin müayinəsi üçün hadisə yerinə təcili yardım briqadası çağırılıb. Məhkəmə zalında prodüserin anası, qohumları, dostları olub.
Qeyd edək ki, Armen bu il mayın 17-dən həbsdə saxlanılırdı.
Xatırladaq ki, prodüser Armen Qriqoryan müsahibəsində Ermənistanın Şirak və Ararat vadisi sakinlərinin yarısını “türk” adlandırdığına görə Cinayət Məcəlləsinin 226-cı maddəsinin 2-ci hissəsi ilə ittiham olunub.
Armen Qriqoryan dəfələrlə müxtəlif internet resurslarında Azərbaycan əleyhinə sərt, təhqiramiz ifadələr işlədib./modern.az